Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Vyanada 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Tədbirdə Avstriyada yaşayan soydaşlarımız, burada təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.

Səfir Qalib İsrafilov qonaqlara Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında danışıb, bu günün ölkəmizin ilk rəsmi bayramlarından biri olduğunu və ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini qeyd edib.

Diplomat başa çatmaqda olan 2015-ci ildə Azərbaycanda görülmüş işlərdən, sosial-iqtisadi inkişafdan bəhs edib, ölkəmizin həm iqtisadi, həm də siyasi baxımdan etibarlı tərəfdaş kimi qəbul olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu gün Azərbaycan qarşılıqlı hörmət və maraqlar əsasında öz müstəqil siyasətini yürüdən ölkədir. Bu siyasətin tərkib hissələrindən biri də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı azərbaycançılıq dəyərləri ətrafında birləşdirmək, onların diaspor kimi formalaşmasını təmin etməkdən ibarətdir. Səfir soydaşlarımızı Avstriya ilə əlaqələrin inkişafı, diaspor fəaliyyətinin gücləndirilməsi və Azərbaycanın bu ölkədə daha da yaxından tanıdılması üçün səylərini gücləndirməyə çağırıb.

Mərasimdə səfirliyin əməkdaşı Cəfər Hüseynzadə saksafonda dünyanın tanınmış musiqiçilərinin repertuarından musiqi parçaları ifa edib, milli musiqi səsləndirilib.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

27 Dekabr 2015

By
@
backtotop