Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Kiyevdə təntənəli ziyafət keçirilib.

Ukrayna Millətlər Assambleyası (UMA) və Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi (UABK) tərəfindən təşkil edilmiş tədbirin rəsmi hissəsinin açılışında UMA sədri və UABK rəhbəri Rövşən Tağıyev çıxış edib. O, tədbir iştirakçılarını salamlayaraq bayram münasibətilə xoş arzularını bildirib.

Sonra Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Ruslan Quliyev çıxış edib.

Natiqlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün rolunu və əhəmiyyətini vurğulayaraq ölkəmizdə həyata keçirilən dərin iqtisadi, sosial və humanitar islahatlar, Prezident İlham Əliyevin Azərbaycanı dünyada qabaqcıl mövqelərə çıxarmağa yönəlmiş ardıcıl və sistemli siyasəti haqda məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqəti Ukrayna ictimaiyyətinə çatdırıb, Bakıda keçirilən birinci Avropa Oyunlarının möhtəşəm uğurunu qeyd ediblər.

Ukraynanın xalq deputatları Maksim Kuryaçi, Sergey Taruta, Sergey Rudik, Sergey Melniçuk, Ukrayna mədəniyyət nazirinin müavini Andrey Vitrenko, Ukrayna Milli Olimpiya Komitəsi rəhbərinin müavini Ravil Safiulin, Kiyev şəhər sovetinin deputatı Pavel Teslenko, Ukraynanın Çerkassk vilayəti qubernatorunun müşaviri Yuri Podnebesnı və başqaları öz çıxışlarında Azərbaycanın uğurlu daxili və xarici siyasəti, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq mövzusunu davam etdiriblər.

Natiqlər həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə təbrik edib, xalqımıza və Azərbaycan dövlətinin başçısına möhkəm cansağlığı, sülh, xoşbəxtlik və firavanlıq diləyiblər.

Sonra Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq Artisti Qurban Abbasovun və klassik musiqi kvartetinin iştirakı ilə konsert olub.

Qonaqlara Azərbaycan, Ukrayna və Avropa mətbəxinin yeməkləri də təklif edilib.

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Ukraynanın siyasi isteblişmentinin, mədəni və işgüzar dairələrinin nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

27 Dekabr 2015

By
@
backtotop