Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ankarada keçirilib -FOTO

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyindən Diaspora.az saytına verilən məlumata görə 26 dekabr 2015-ci il tarixində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Səfirlik tərəfindən tədbir təşkil olunmuşdur. Tədbirdə Ankarada təhsil alan tələbələrimiz, elm və incəsənət xadimləri, çox sayda diaspor nümayəndəmiz, müxtəlif ictimai birliklərin təmsilçiləri və Səfirliyimizin əməkdaşları iştirak etmişdirlər.

Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı müraciət oxunmuşdur. Ardından Səfirliyin müşaviri Ramil Qurbanov, təhsil müşaviri Nəcibə Nəsibova və Hacettepe Universitetinin professoru Yusuf Bayraktar çıxış edərək birliyimizin əhəmiyyətini xatırladan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün önəminə toxunmuşlardır. Natiqlər çıxışlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin dünyanın 70-dən artıq ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı arasında mənəvi birliyin yaranmasında mühüm rol oynadıqlarını vurğulamışlardır.

Tədbirdə musiqi proqramı nümayiş etdirilmiş və iştirakçılara ziyafət təşkil olunmuşdur.

Qeyd etmək istərdik ki, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr etdiyi məqaləsi Türkiyədə ingilis dilində çap olunan nüfuzlu “Daily Sabah” qəzetində dərc olunmuşdur. Məqalədə, Ümummilli Liderimizin xalqımıza bəxş etdiyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Azərbaycançılıq məfkurəsinin formalaşmasındakı rolundan bəhs olunur və

Azərbaycanın müstəqillikdən sonrakı dövrdə nail olduğu nailiyyətlərin ölkəmizin beynəlxalq ictimaiyyətdə şərəfli bir mövqe əldə etməsinə və Azərbaycançılıq ideologiyasının xalq tərəfindən dünya miqyasında qeyd olunmasını təmin etdiyi vurğulanır.

DSC05323 DSC05326 DSC05353 DSC05354 DSC05364

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

27 Dekabr 2015

By
@
backtotop