Amerika Yəhudiləri Təşkilatı Azərbaycanla bağlı bəyanat verib

“Vaad L Hatzolas – Amerika Yəhudiləri Təşkilatı”nın rəhbəri Rav Shmuel Simantov ABŞ-ın Helsinki Komissiyasının Azərbaycana qarşı qəbul etdiyi sənədlə bağlı bəyanat verib. O bəyanatda bildirib ki, ABŞ-ın Helsinki Komissiyasının Azərbaycana qarşı qəbul etdiyi sənədi anti-Azərbayan aktı hesab edir və Azərbaycana qarşı olan bu kimi təzyiq hallarını qətiyyətlə pisləyir: “Hesab edirik ki‚ sözügedən sənəd heç bir reallığa əsaslanmır və sənəddəki müddəaların ABŞ Konqresində qəbul olunması yolverilməzdir. Azərbaycan dünyanın ən demokratik‚ ən hüquqi‚ ən tolerant və multikultural ölkələrindəndir. Yəhudilərlə bərabər bu ölkədə kompakt yaşayan digər xalqlara və eləcə də digər inanclı insanlara‚ müxtəlif dinlərin nümayəndələrinə hər zaman böyük hörmət və ehtiram göstərilmişdir. Azərbaycandakı hüquqi və humanist dəyərlər böyük diqqətə layiq məsələdir. Helsinki Komissiyasının tərtib etdiyi və ABŞ Konqresinə təqdim etdiyi sənəd reallığı əks etdirmir və son dərəcə qərəzli addımdır. ABŞ Hökumətinin bu kimi qərəzli və qeyri-obyektiv ittihamlardan ibarət olan sənədi qəbul etməyəcəyinin inancındayıq. Amerika Yəhudi Təşkilatı olaraq Azərbaycan dövlətinin mövqeyini dəstəkləyir və bu məsələdə Azərbaycanla həmrəy olduğumuzu‚ daim dost-qardaş Azərbaycan xalqının yanında olduğumuzu bəyan edirik”.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

25 Dekabr 2015

By
@
backtotop