Mançesterdə Azərbaycan mədəniyyət gecəsi keçirilib -FOTOLAR

Britaniyanın Mançester Universitetində təhsil alan azərbaycanlı tələbələr bu şəhərdə Azərbaycan mədəniyyət gecəsi keçiriblər.

Gecədə dövlət himnimiz səsləndirilib, “Günəşli” platformasında baş vermiş yanğında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm, mədəniyyət və incəsənət xadimlərinin, Mançester Universitetinin müəllim və tələbə heyətinin, eləcə də şəhərdəki Azərbaycan diasporunun üzvlərinin və jurnalistlərin iştirak etdiyi tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları, qədim abidələrini əks etdirən stendlər qurulub. Xüsusilə, Azərbaycan həqiqətlərindən bəhs edən “Qarabağ” stendi xarici qonaqların diqqətini cəlb edib. Stenddə işğal olunmuş ərazilərimiz, erməni silahlı qüvvələrinin ölkəmizə qarşı təcavüzkarlıq siyasəti, Xocalı soyqırımı ilə yanaşı, Qarabağ mədəniyyəti, xalçaları – “Qasımuşağı” xalçası və atlarından bəhs edən əyani vəsaitlər nümayiş etdirilib. Bundan başqa qonaqlar Azərbaycan milli mətbəx nümunələri – dolma, səbzi plov, dovğa, ağ paxlava və s. dadmağa dəvət olunub.

Jurnalistlərə müsahibə verən “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin Avropa üzrə rəhbəri Leyla Qasımova və müxtəlif ölkələrdən olan tələbələr bu cür tədbirlərin tez-tez keçirilməsinin vacibliyini bildirib, Britaniyada Azərbaycan mədəniyyətinə böyük maraq olduğunu diqqətə çatdırıblar.

Səhnəcik və milli rəqslərimizin nümayişi ilə davam edən tədbirdə xarici tələbələr arasında viktorina keçirilib. Azərbaycan milli rəqslərini ən yaxşı ifa edən xarici tələbələrə hədiyyələr verilib. İngilis dilində səhnələşdirmiş “O olmasın bu olsun” tamaşası nümayiş olunub. “Uzundərə” və “Yallı” rəqsləri, “Bayatı-Şiraz” muğamından səsləndirilən bir hissə böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində iştirakçılara Azərbaycan həqiqətlərindən bəhs edən broşürlər paylanılıb.

145006845550019998_1000x669 14500684553560635872_1000x669 14500684553777961064_1000x669 1450068455394745507_1000x669 14500684554246532870_1000x669 14500684554840722750_1000x669 14500684555587325331_1000x669 14500684556425940188_1000x669

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

14 Dekabr 2015

By
@
backtotop