Neftçilərimiz Kiprdə anıldı

Neftçilərimiz Şimali Kipr Türk Respublikasında anıldı.

Şimali Kiprin Famaqusta şəhərində yerləşən Doğu Akdəniz Universtetində (AYOC)Azərbaycan Kipr Gənclər Təşkilatı tərəfindən ötən gün günəşli yatağında baş verən hadisə nəticəsində dünyasını dəyişənlərin xatirəsinə anım mərasimi keçirildi.

Universtetin rektorluq binasının qarşısından CL meydanına doğru hərəkət edən Azərbaycanlı tələbələr Atatürk meydanında bir dəqiqəlik sükutla həyatını itirmiş neftçilərimizi yad etdilər. Azərbaycan və Türkiyə himni ilə davam edən tələbələrimiz gül çələngi qarşısına qərənfillər düzərək və şamlar yandıraraq həlak olanları andılar.

Mərasimdə AYOC idarə heyyətinin üzvləri Toğrul Abbasov, Elvin Xudaverdizadə, Raul Diniyev, İlham Çıraqov,Vahab Dadaşlı, Rəşad Bədirli və Azərbaycanlı tələbələr  iştirak etdilər. Doğu Akdəniz Universtetindən rektor kordinatoru Murat Akturalı mərasimdə iştirak edərək xəzər dənizində baş verən hadisə haqqında danışdı və həyatını itirənlərin ailələrinə allahdan rəhmət dilədi.

Xatırladaq ki, Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Neftçilərimiz Kiprdə anıldı

12 Dekabr 2015

By
@
backtotop