Ankarada Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olunub

Azərbaycan Respublikasının Türkiyə Respublikasindakı Səfirliyindən Diaspora.az saytına verdiyi məlumata görə 9 dekabr 2015-ci il tarixində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri və milli kitabxanaları tərəfindən Ankarada Azərbaycanın Xalq Şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə anma mərasimi keçirilmişdir. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının mənzil-qərargahında keçirilən mərasimdə türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri və ədəbiyyatsevərlər iştirak etmişdirlər. Tədbirin əvvəlində görkəmli şairin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Bağırov, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Milli Məclisin üzvü Azərbaycan Atatürk Mərkəzinin sədri Nizami Cəfərov, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və digər natiqlər Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinin Türkiyədə qeyd olunmasını türk dünyasının ədiblərinə verilən yüksək dəyər kimi qiymətləndirmişlərdir. Çıxışlar əsnasında, Bəxtiyar Vahabzadənin şeir sənəti və fikirlərinin bütün Türk dünyasında dərin iz qoyduğu, xalqımızın azadlıq mübarizəsi və Azərbaycan dilinin qorunmasındakı əhəmiyyətli rolu, 60-a yaxın ölkədə 200-ə yaxın kitabı çap edildiyi və dünyada ən çox oxunan ədəbiyyatçılar sırasında olduğu vurğulanmışdır.

Mərasim çərçivəsində Bəxtiyar Vahabzadənin ədəbi yolunun kitab nümunələrindən qurulmuş sərginin açılışı olmuşdur. Həmçinin, mərasimdə görkəmli şairin adını daşıyan orta məktəbin şagirdləri Bəxtiyar Vahabzadənin şeirlərini səsləndirmişlərdir. Xalq artisti Mələkxanıım Əyyubova, eləcə də Azərbaycan və

Türkiyədən olan digər incəsənət ustaları şairin sözlərinə yazılmış mahnılar ifa etmişdirlər.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

10 Dekabr 2015

By
@
backtotop