Belarusiyada Bəxtiyar Vahabzadə ilə bağlı ədəbi-bədii gecə keçirilib

Minskdə Azərbaycanın Xalq şairi, tanınmış ədib və ictimai xadim Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib. Tədbirdə Azərbaycanın Belarusdakı səfirliyinin, Belarus-Azərbaycan İcmaları Konqresi və Gənclər şöbəsinin nümayəndələri, Belarus Respublikasının müxtəlif ali təhsil ocaqlarının tələbələri və başqa qonaqlar iştirak ediblər.
Poeziya axşamının açılışı BDİU tələbəsi Olqa Yaroçkinanın “Sarı gəlin” Azərbaycan xalq mahnısının sədaları altında milli rəqsin ifası ilə başlanıb. Rəqsin gözəl və zərif ifası tədbir iştirakçılarını lirik ahəngə kökləyib və təəssürat bəxş edib.
Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov öz müraciətində qeyd edib ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinə böyük töhfələr vermiş və onun siyası həyatında rol oynamış görkəmli şəxsiyyətlərdən biridir. Digər qonaqlar da ustadın insanı mənəvi ucalığa səsləyən yaradıcılığının poetik-fəlsəfi məzmunun milli poeziyada vətənpərvərlik ruhunun artması və ədəbi-ictimai fikirin zənginləşməsində mühüm rol oynadığı barədə fikirlərini söyləyiblər.
Azərbaycan dili və mədəniyyəti mərkəzinin başçısı Salatın Mirzəyeva öz növbəsində qeyd edib ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı bizlərdə ana dilinə, doğma torpağa məhəbbət tərbiyə edib və onun qarşısında borclu olduğumuzu aşılayıb. Bu, Vətəninə, köklərinə, doğulduğu məkana bağlı olan insan idi. Şair öz diyarını, ömrünün son illərini keçirdiyi Şəkini çox sevirdi.
Gecənin aparıcıları Ramil Hüseynov (BDU) və Polina Poteyonok şairin həyatından maraqlı faktlar barədə danışdırlar, qonaqları Azərbaycanın poetik fikrinin əfsanəvi xadiminin yaradıcılığı ilə tanış etdilər. Ədəbi gecə həqiqətən iştirakçılara sübut etdi ki, əsər hansı dildə olursa olsun, əgər ustadın əli ilə yazılıbsa, o zaman onun sətirləri hər-hansı millətdən olan insanın qəlbinin nazik simlərinə toxuna bilər. Həm azəri, həm də belarus tələbələri dahi şairin şerlərini azərbaycan və rus dillərində səsləndirdilər. Onların arasından Aytən Mursaqulovanı (BXTU), Dilşad Ağayevannı (BDU), Həmid Yusifovu (BDTU), Elvin Əkbərovanı (BDTU), Polina Poteyenoku (BDİU) qeyd etmək olar.
Tədbirin əsas məğzi “Açıq mikrofon” rubrakası olub, arzusu olan şair barədə fikirlərini demək, xoşladığı şerini oxumaq imkanı qazandı. Qonaqlar arasında şairin poeziyasına biganə olmayan fəallar vardı. Onlar şairin yaradıcılığını müxtəlif anlarına toxunaraq, xatirələrilə bölüşdülər, hər kəsin qəlbinə yaxın şerlərini oxudular. Şairin tək azərbaycan deyil, bütünlüklə türk poeziyasının inkişafındakı böyük xidməti barədə bir çox söz deyildi.
Gecənin sonunda şairin son müsahibəsindən Bəxtiyar Vahabzadənin gənclərə müraciət edib xeyir-dua, hər zaman akyual olan məsləhətlərin verməsini əks etdirən qısametrajlı video nümayiş olunub.
Uzun zaman yaddaşlarda qalacaq gecənin devizi “Dahi xadimlər heç vaxt ölmür!” oldu, axı onların Vətən qarşısındakı əməlləri həmişə yaddaşımızda, əsərləri ürəklərimizdədir, Bəxtiyar Vahabzadənin şerləri isə daima dilimizdədir.

10 Dekabr 2015

By
@
backtotop