Gürcüstanda yaşayan soydaşlarımız həlak olan neftçilərin xatirəsini anıb

Diasporla İş Üzrə Dövlət Komitəsindən Diaspora.az saytına verdiyi məlumata görə Gürcüstanda yaşayan soydaşlarımız, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr Xəzər dənizində baş vermiş faciədə həlak olan neftçilərin xatirəsini anıb. SOCAR-ın Gürcüstan nümayəndəliyinin ofisi qarşısına toplaşan gənclər “Günəşli” yatağının 10-cu platformasında yaşanan faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva dekabrın 4-də baş verən faciə ilə bağlı Gürcüstandakı soydaşlarımız adından həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib, xəsarət alan neftçilərə isə şəfa arzulayıb. Əllərində Azərbaycan bayrağı, “Başın sağ olsun, Azərbaycan!”, “Azərbaycan üçün dua et!” şüarları tutan tələbələr SOCAR-ın binası önünə qərənfillər düzüblər.

Qeyd edək ki, Azərbaycandakı matəm günündə Gürcüstan ərazisində fəaliyyət göstərən SOCAR-ın bütün yanacaqdoldurma və qazpaylama məntəqələrində Azərbaycan bayrağı yarıya qədər endirilib.

09 Dekabr 2015

By
@
backtotop