Deputatlardan Rusiyadakı azərbaycanlılara ÇAĞIRIŞ: “Siz də etiraz edin!”

“Erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun  layihəsinin  Rusiya Dövlət Dumasına təqdim olunması bu ölkədəki Azərbaycan diasporunun ciddi narazılıqlarına səbəb olub.

Rusiya Dumasında baxılan sənədlə bağlı fikirlərini Modern.az-la bölüşən millət vəkli Fazil Mustafa bu qanun layhəsinin müzakirəsini axmaq addım hesab edir:
“Bu axmaq bir qanun layihəsidir. Çünki Fransada da bu qanunu qəbul ediblər. Bu qanun hüquqi məntiqə sığmayan bir addım oldu. Hər halda bu, Rusiyanın özünün bizimlə olan münasibətinə zərbə gətirəcək addımdır. Deməli Rusiya bizim üçün güvənilən dövlət olmadığını, qonşuluq, dostluq münasibətlərinə hər zaman xoş münasibət bəsləməyən dövlət olduğunu təsdiqləyir. Sənəd tam olaraq bizim ziddimizə hesablanıb. Hər halda bu isterika ilə qəbul olunan bir addımdır”.

Deputat buna cavab olaraq Türkiyənin də bu formada addım ata biləcəyini söyləyib: “Türkiyə də Çərkəz soyqımı məsəlsini gündəmə gəitrə bilər. Rusiya çoxlu sayda çərkəzin, çeçenlərin məhv edilməsi üçün addımlar atıb. Buna görə də bu məsələni gündəmə gətirmək Rusiyanı siyasi cəhətdən.rahatladacaq addım olar bilər, amma məntiq cəhətdən Rusiyaya xeyir gətirəcək addım olmayacaq” .

Fazil Mustafa bu qanun layihəsilə bağlı azərbaycanlıların Rusiyada münasiət bildirməli olduğunu söyləyib: “Məsələyə Rusiyada da münasibət ortaya qoyulmalı və bunun yanlış addım olduğu rəsmi Kremlə bildirilməlidir. Rusiya bunun zərərini daha çox görəcək. Münasibətləri bu qədər hədsiz mürəkkəbləşdirmək Rusiyanın faydasına olmayacaq. Biz buna qəti etirazımızı bildirəcəyik. Necə Fransaya bildirdik ki, onlar belə qanunu qəbul etməklə səhv edibər. Biz bu anormallığa da etiraz edəcəyik. Rusiyadakı diaspor da ölkənin qanunvericiliyi çərçivəsində buna etiraz etməlidirlər. Azərbaycan Milli Məclisində də bunun arzuolunmaz olmadığını diqqətə çadıracağıq”.

YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, bu qanun layihəsi qəbul olunarsa, Rusiya ən böyük səhvini buraxar:

“Mən hesab edirəm ki, əgər bu qəbul olunarsa, Rusiyanın buraxdığı n böyük strateji səhv olar.  Birincisi həm tarixi və həm də hüquqi baxımdan bunun heç bir əsası yoxdur. Digər tərəfdən qonşusu və münasibətləri əhəmiyyət daşıyan Türkiyə ilə aralarında yaranan münaqişəyə görə onunla əlaqələri tamam kəsmək və ona qarşı bir-birinin ardınca təhqir dolu qərarların qəbul olunması səhvdir. Rusiyanın müəyyən məsələləri zamanın ixtiyarına buraxmaq əvəzinə embarqolar qoyması, viza rejiminin bərpası, indi isə heç bi real məntiqə söykənməyən qanun qəbul ediməsinə cəhdi səhv addımdır. Rusiyanın qədim dövlətçilik ənənələri var. Onun bu səhvini isə başa düşmək olmur”.

Aydın Mirzəzadə düşünür ki, qanun layihəsi qəbul olunsa, Rusiya-Türkiyə münasibətləri normallaşandan sonra Kreml bu addımına görə peşman ola bilər: “Müəyyən dövrdən sonra Rusiya-Türkiyə arasındakı gərginlik götürüləcək, o zaman Ruisya bu məsələyə görə əlbəttə çox böyük narahatçılıq keçirəcək, peşman olacaq və sənədi ləğv etməyə məcbur olacaq. Siyasət təmkinlilik, qonşuluq münasibətini göstərmək, diplomatik məharət tələb edir. Bu qanun layihəsinin arxasında bir çox məsələlər dura bilər. Bunu zaman göstərəcək. Rusiya milli maraqlarını və özünün fövqəldövlət nüfuzunu qoruyub saxlamalı və bu səviyyəyə enməməli idi. Erməni millətçiliyi uduzandan sonra, Rusiya bunun ağrısını çəkəcək. Rusiyanın həm rəsmi və həm də siyasi qurumları bilirlər ki, Azərbaycan-Türkiyə ilə yaxın siyasi müttəfiqdir, yaxın dostluq-qardaşlıq münasibətləri var, həmişə də bir yerdədirlər. Bunu bir daha Türkiyə baş nazirinin Bakıya səfəri də sübut etdi”.

Aydın Mirzəzadə Azərbaycanın Rusiyadakı diasporuna da çağırış edib: “Azərbaycanın diaspor üzvləri eyni zamanda Rusiya Federasiyasının vətəndaşlarıdır. Ona görə də onların Rusiyada qəbul edilən istnilən qanuna, istənilən məsələyə münasibətləri olmalıdır. Mən sübhə etmirəm ki, orada yaşayan azərbaycanlılar buna etiraz edəcəklər. Mən Rusiyada yaşayan azərbaycanlıları Rusiyanın qanunları çərçivəsində Rusiya hakimiyyət orqanlarına bu qanun layihəsi ilə bağlı etiraz etməyə, məsələni Rusiyanın dövlət xadimlərinin və ictimaiyyət nümayəndələrinn diqqətinə çatdırmağa çağırıram”.

06 Dekabr 2015

By
@
backtotop