Berlində Azərbaycan-Almaniya əlaqələrinin tarixi və bugünü adlı tədbir keçirilib -FOTO

Diaspora.az saytı xəbər veriri ki , “Azərbaycan Tələbə Şəbəkəsi”,“Alman Cəmiyyəti”, “Alman-Azərbaycan Forumu” və ”Azərbaycanın Almaniyadakı səfirliyin təşkilatçılığı ilə Berlində mötəbər sərgilərin keçirildiyi Avropa İnformasiya Mərkəzində “Azərbaycan-Almaniya əlaqələrinin tarixi və bugünü” adlı müzakirə axşamı keçirilib.

Tədbirə qatılmış yüzə yaxın iştirakçını salamlayan “Alman Cəmiyyəti”nindirektoru Andreas Appeltrəhbərlik etdiyi təşkilatın sərgi məkanında Azərbaycan-Almaniya münasibətlərinə həsr olunmuş müzakirələrin keçirilməsindən məmnunluğunu ifadə etdi. Andreas Appelt həmçinin tədbirdə qoyulmuş “Azərbaycanda alman izləri” fotosərgisinin ərsəyə gəlməsi üçün fotoşəkilləri təqdim etmiş Heydər Əliyev Fonduna minnətdarlığını bildirdi.

Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov Almaniya ilə Azərbaycan arasındakı çoxşaxəlimünasibətlərin tarixi və hazırki vəziyyətinə dair məlumat verdi. Səfir dövlət başçısı İlham Əliyevin cari ildə Almaniyaya həyata keçirdiyi iki səfərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm töhfə olduğunu bildirdi.

“Alman-Azərbaycan Forumu”nunsədri, keçmiş dövlət katibi Hans-Eberhard-Şlayerçıxış edərək Azərbaycanın Almaniya üçün əhəmiyyətli tərəfdaş olduğunu vurğuladı, ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu qeyd etdi.

“Azərbaycan Tələbə Şəbəkəsi”nin icraçı direktoru İbrahim Əhmədov Azərbaycan və Almaniya xalqlarını birləşdirən mədəni bağlardan bəhs edərək bildirdi ki, hər iki xalqın mədəniyyətində ortaq dəyərlər kifayət qədərdir və bu dəyərlər xalqlarımızın sülh və dostluq şəraitində yaşamasını aşılayır.

Daha sonra Berlin Humboldt Universitetinin“Azərbaycan tarixi” kafedrasının müdiri prof. Eva-Maria AuxAzərbaycanda alman koloniyalarının salınması, almanların Azərbaycanda buraxdıqları irs və bu irsin qorunub saxlanması üçün görülən işlər barədə məruzə ilə çıxış etdi. Prof. Auxbildirdi ki, Azərbaycan xalqının həyatında tarixi bir dəyər olan multikulturalizmvə bu gün də davam etdirilən tolerantlıq siyasətisayəsindəAzərbaycanda müxtəlif mədəniyyətlərin və dinlərin  sərbəst şəkildə mövcud olması və inkişaf etməsinə hər zaman münbit şərait olub.

Çıxışlardan sonra Almaniya Bundestaqının deputatları – Avropa İttifaqı məsələləri komitəsinin sədri QunterKrixbaum, Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvü TabeaRössner, Xarici əlaqələr komitəsinin üzvü ÇarlzHuber və səfir Pərviz Şahbazovun iştirakı ilə Azərbaycan-Almaniya münasibətləri müzakirə edilib.

QunterKrixbaumAzərbaycanı Almaniya üçün əhəmiyyətli strateji tərəfdaş adlandırdı. Dağlıq Qarabağ münaqişəsinə toxunan QunterKrixbaum Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq  Dağlıq Qarabağı və ətraf yeddi rayonu beynəlxalq hüquqa zidd olaraq işğal altında saxladığını, nəticədə yüz minlərlə azərbaycanlının evindən didərgin düşdüyünü vurğuladı.

ÇarlzHuber Azərbaycanın Avropanın enerji təchizatının şaxələnməsində oynadığı konstruktiv rolu vurğuladı, iki ölkə arasında qarşılıqlı maraqlara cavab verən səmərəli əməkdaşlıq üçün böyük potensial olduğunu, xüsusilə də təhsil sahəsində əməkdaşlığın böyük əhəmiyyət daşıdığını qeyd etdi.

Pərviz Şahbazov Ermənistan-Azərbaycan münaqişəsinin həllində Avropanın xarici siyasətində ikili standartların olduğunu diqqətə çatdırdı. O, vurğuladı ki, Ermənistan20 ildən artıq müddətdə işğal altında saxladığıAzərbaycan torpaqlarını azad etməlidir. Səfir işğalçı dövlətə qarşı sanksiyaların tətbiq olunmasının vacibliyini vurğuladı, eləcə də Almaniyanın ATƏT-ə sədrlik edəcəyi növbəti ildə bu problemin həlli istiqamətində əsaslı addımlar atılacağına ümid etdiyini ifadə etdi.

Tədbirin sonunda qonaqlara Azərbaycan mətbəxindən ibarət nümunələr və Azərbaycanda yaşamış almanların tarix və mədəniyyətini əks etdirən materiallar təqdim olundu.

12318233_10207024594668031_131295249_o 12319614_10207024592507977_902712325_n 12319718_10207024593027990_1498273306_n 12319786_10207024591947963_826369422_n 12325048_10207024592627980_983973661_n

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

03 Dekabr 2015

By
@
backtotop