Sloveniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini qəbul edib

IV Qlobal Bakı Forumu ilə əlaqədar Sloveniyada görüşlər keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə Sloveniyanın paytaxtı Lyublyana şəhərində müzakirələr aparılıb.

Sloveniya Prezidenti cənab Borut Pahor Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibini qəbul edib. Görüşdə Sloveniya Prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı layihələr və IV Qlobal Bakı Forumuna hazırlıq mərhələsi ilə bağlı ətraflı məlumat verilib. Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri adından IV Qlobal Bakı Forumunda iştirakla bağlı dəvət məktubu cənab Borut Pahora təqdim edilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti səfər zamanı Sloveniya Xarici İşlər Nazirliyinin təşkil etdiyi Bled Strateji Forumun Baş katibi Alain Brian Berqant ilə də görüş keçirib. Görüşdə hər iki qurum arasında əməkdaşlığın mümkün perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Müasir dövrdə Avropa və dünyanın üzləşdiyi problemlərin həlli yolunda öhdəliklərin yaradılmasını qarşısına məqsəd qoyan Bled Strateji Forumu son illərin yüksək səviyyəli uğurlu strateji dialoq platformasına çevrilib. Hər il Avropadan, eləcə də dünyandan özəl və ictimai sektoru təmsil edən liderlərin iştirakı ilə təşkil olunan Forumu Sloveniya Xarici İşlər Nazirliyi və Avropa Perspektivləri Mərkəzini birgə keçirir.

Qeyd edək ki, IV Qlobal Bakı Forumuna hazırlıqla bağlı Bolqarıstan, Bosniya və Herseqovina, Makedoniya, Monteneqro, Xorvatiya və Yunanıstanın dövlət və hökumət başçıları ilə də müzakirələr aparılıb. IV Qlobal Bakı Forumu 2016-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulub.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

02 Dekabr 2015

By
@
backtotop