Latviyada Azərbaycan diasporunun dəstəyi ilə peşəkar hokkey klubu yaradılıb

Latviya parlamentinin komitə sədri simvolik mənada Azərbaycanı təmsil edəcək peşəkar hokkey klubu yaradıb.

Latviya parlamentinin İqtisadiyyat, kənd təsərrüfatı, ətraf mühit və regional siyasət komitəsinin sədri, babası azərbaycanlı olan Roman Naudinş APA-ya bildirib ki, o siyasi fəaliyyətindən başqa peşəkar hokkeyçi olduğu üçün bu qərarı verib.

Komitə sədri bildirib ki, Azərbaycan diasporunun dəstəyi ilə yaradılan komandada peşəkar liqada təmsil olunmuş hokkeyçilər yer alıb. Klubun bayrağında Azərbaycanın simvolu olan buta və bayrağımız əks olunub.

Komandanın kapitan olan R. Naudinş qeyd edib ki, tezliklə komandanın rəsmi təqdimatı olacaq və bu mövsüm yarışlara qatılacaq. O, gələcəkdə klubun dünya arenasında çıxış edəcəyini planlaşdırdıqlarını da bildirib.

Qeyd edək ki, “APA Holding”in Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsi ilə birgə reallaşdırdığı “Sərhəddənkənar azərbaycanlılar…” adlı layihə çərçivəsində Şərqi Avropa ölkələrində görüşlər keçirilir.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

27 Noyabr 2015

By
@
backtotop