Türkiyədəki azərbaycanlı gənc BMW və AZERANT adlı avtomobil modelinin dizaynını hazırlayıb -FOTO

Azərbaycanlı gənc Ramil Nəcəfov AZERANT adlı avtomobil modelinin dizaynını hazırlayıb və onu gələn il Bakıda keçiriləcək “Formula 1” yarışlarında təqdim etmək istəyir.

Ramil 1992-ci ildə Şəki şəhərində anadan olub. Hazırda Türkiyənin Sparta şəhərində Süleyman Dəmirəl Universitetində dizayn ixtisası üzrə təhsil alır.

Gənc dizayner ilk dəfə BMW modelinin yeni dizaynını hazırlayıb. Alman konserninin nümayəndələri azərbaycanlı dizaynerin eskizlərini bəyəniblər. Ramil konserndə işə qəbul olunmaq üçün CV göndərsə də, qarşısına Avropa təhsili almaq tələbi qoyulduğundan bu arzusunu reallaşdıra bilməyib. Buna görə də Türkiyədə dizayn ixtisası üzrə qiyabi təhsil almağa qərar verib. Gənc dizayner söhbət zamanı bildirdi ki, öz eskizlərini “Audi”, “Mercedes” kimi avtomobil şirkətlərinə də göndərib. Məşhur avtomobil şirkətləri onun eskizlərinə biganə qalmayıblar. Lakin müvafiq təhsilin və iş təcrübəsinin olmaması yenə də onun qarşısını kəsib.

Buna baxmayaraq, Ramil ruhdan düşməyib. Gələn il Bakıda keçiriləcək “Formula 1” yarışı onu yeni işlərə həvəsləndirib. Bu barədə danışan Ramil deyir: “Hazırladığım yeni avtomobil eskizi AZERANT adlanır. Bu eskiz üzərində təxminən üç ildir ki, işləyirdim. Modelin loqosu da mənə məxsusdur. “3d MAX” proqramında yığılan bu model sırf Azərbaycan üçün nəzərdə tutulur və heç bir avtomobil şirkətinin modelini təkrarlamır. Dünyada bu markada model və dizayn yoxdur”. Modelin dizaynında üçrəngli bayrağımızın rənglərindən istifadə edən Ramil, bununla AZERANT-ın Azərbaycana məxsusluğuna işarə edib.

“Formula-1” yarışı zamanı paytaxtımıza dünyanın bir çox ölkələrinin məşhur avtomobil şirkətləri nümayəndələrinin və pilotlarının gələcəyini deyən Ramil bildirir ki, AZERANT avtomobil modeli yarış çərçivəsində nümayiş olunarsa, böyük maraq cəlb edə bilər.

Gənc dizayner müəllif hüququ almaq üçün AZERANT layihəsinin eskizini Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə təqdim edib.

Onun ən böyük arzusu Azərbaycana məxsus avtomobil modelinin istehsalını reallaşdırmaqdır. Ramil gələcəkdə bu sahədə təhsilini və təcrübəsini daha da artırmaq barədə düşünür. O, “World design” (“Dünya dizayn”) sərgisində iştirak etmək, Azərbaycanı dünya avtomobil istehsalçıları arasında tanıtmaq niyyətindədir.

1448090194182301527_1000x669 14480901942152557365_1000x669 14480901942795812763_1000x669 14480901943127931069_1000x669 14480901943472817930_1000x669 14480901945762036508_1000x669 1448090194648966865_1000x669 1448090194810526257_1000x669 14480901943472817930_1000x669

21 Noyabr 2015

By
@
backtotop