Tokio televiziyasında Azərbaycanda Milli Dirçəliş Günü ilə bağlı veriliş yayımlanıb

Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycanın Milli Dirçəliş Günü ilə bağlı xüsusi veriliş yayımlanıb.

Aparıcının suallarını cavablandıran Hokkaydo Universitetinin doktorantı, Əcnəbi Tələbələr Təşkilatının sədri Əlibəy Məmmədov məlumat verib ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hər il qeyd edilən rəsmi bayramlarından biri də Milli Dirçəliş Günüdür. SSRİ rəhbərliyinin qədim Azərbaycan torpağı Dağlıq Qarabağla bağlı yeritdiyi siyasətə etiraz əlaməti olaraq 1988-ci il noyabrın 17-də Bakıdakı Azadlıq meydanında (keçmiş Lenin meydanı) ilk fasiləsiz mitinqlər başlayıb. Getdikcə güclənən mitinqlər yüz minlərlə insanın qatıldığı görünməmiş siyasi aksiyaya çevrilib. Noyabrın 22-də Bakıda komendant saatı tətbiq edən mərkəzi hökumət şəhərə daxili qoşunların qüvvələrini yeritsə də, kütləvi etirazların qarşısını ala bilməyib. Yalnız dekabrın 3-dən 4-ə keçən hərbi texnika vasitəsilə mitinqlər dağıdılıb, 400-dən çox mitinq iştirakçısı həbs olunub. Azərbaycan xalqı 17 noyabrı milli azadlıq hərəkatının başlanğıcı kimi böyük qürurla xatırlayır.

Hazırda Azərbaycanın dünya birliyinin tam hüquqlu üzvünə çevrildiyini vurğulayan Ə.Məmmədov həmin günün xalqımızın yaddaşında əbədiləşməsində ümummilli lideri Heydər Əliyevin xüsusi rol oynadığını bildirib.

Verilişdə Azərbaycanda ictimai-siyasi sabitliyin, insanların təhlükəsizliyinin qorunması məqsədilə ardıcıl siyasət yeridildiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə dinamik inkişaf edən Azərbaycanda qanunun aliliyi, insan hüquq və azadlıqları təmin olunur. Zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkəmizdə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə xüsusi diqqət yetirilir. 2015-ci ilin dövlətimizin başçısı tərəfindən ”Kənd təsərrüfatı” ili elan olunduğuna diqqət çəkən Ə.Məmmədov bildirib ki, ölkəmizdə yaradılmış münbit şərait əcnəbi investorların, o cümlədən yapon iş adamlarının Azərbaycanda öz bizneslərini qurmasına geniş imkanlar açır.

Verilişdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən nəhəng layihələr barədə də məlumat verilib. Azərbaycanın Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyini vurğulayan doktorant yapon iş adamlarını bu əlverişli mövqedən faydalanmağa və birgə layihələr həyata keçirməyə çağırıb.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

17 Noyabr 2015

By
@
backtotop