Diaspora.az – ABŞ-ın Hyuston şəhərində Azərbaycan tədbiri

Diaspora.az saytı xəbər verir ki  9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Bakı ilə
qardaşlaşmış olan ABŞ-ın Hyuston şəhərində təntənəli şəkildə qeyd edilib

Hyustonun ən mötəbər məkanlarından sayılan “Zaza” otelində Azərbaycan
Respublikasının Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd edilmişdir. Tədbir
Hyuston şəhərində yerləşən “Azərbacan Mərkəzi”nin təşkilatçılığı və ARDNŞ-ın
dəstəyi ilə keçirilmişdir.
Ziyafəti açıq elan edən “Azərbaycan Mərkəzi”nin direktoru İradə Axundova
çoxsaylı qonaqlar qarşısında müstəqil Azərbaycan dövlətçiliyinin rəmzi olan
üçrəngli bayrağımızın tarixindən danışdı.
Bundan sonra çıxış edən Azərbaycan Respublikasının ABŞ-da səfiri Elin
Süleymanov Hyuston şəhərində artıq üçüncü dəfədir ki bu bayramın qeyd
edildiyini xatırladaraq bunun çox xoş ənənəyə çevrildiyini deyərək bununla bağlı
“Azərbaycan Mərkəzi”nə və yerli Azərbaycan icmasına təşəkkürünü bildirmişdir.
Azərbaycanlı səfir, həmçinin eyni gündə Hyustonda böyük uğurla keçirilmiş
“Cənubi Qaz Dəhlizi”nə həsr olunmuş konfransın təşkilində iştirakına görə də
“Azərbaycan Mərkəzi”nə təşəkkürünü ifadə etmişdir.
Hal-hazırda Azərbaycan Respublikasının regionda liderə çevrildiyini qeyd edən
səfir Azərbaycan bayrağının 1918-ci ildə ilk dəfə yüksəldildikdə onun yalnız
Azərbaycanı deyil müəyyən mənada bütün müsəlman dünyasını təmsil etdiyini
deyərək, o zaman yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti əhalisi arasında
müsəlmanların çoxluq təşkil etdiyi ilk Respublika kimi tarixə düşdüyünü tədbir
qonaqlarının diqqətinə çatdırmışdır.
Bundan sonra çıxış edən Texasın dövlət katibi Karlos Kaskos ölkəmiz üçün
əlamətdar olan bu günü bölüşməkdən şad olduğunu bildirmiş, Azərbaycanla Texas
arasında əlaqələrin genişlənməsi, o cümlədən texaslılarla azərbaycanlıların
təmaslarının intensivləşməsində təmsil etdiyi ştatın maraqlı olduğunu söyləmişdir.
Azərbaycan nümayəndələri ilə görüşləri zamanı xüsusilə iqtisadi və ticarət
sahələrində əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə etdiyini bildirən
Texas dövlət katibi Azərbaycana səfər etmək niyyətini vurğuladı. Sonda o, Texasın
Qubernatoru Qreq Abbotun Azərbaycan xalqına təbriki və ən xoş arzularını
çatdıraraq bu münasibətlə qubernator tərəfindən imzalanmış məktubu səsləndirdi.
Ziyafət zamanı həmçinin Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə
Hyuston meri Anis Parker və Texas Nümayəndələr Palatasının üzvü Alma Allen
tərəfindən imzalanmış proklamasiyalar səsləndirildi. Mer Anis Parker 9 noyabr
2015-ci il tarixinin Hyustonda Azərbaycan Dövlət Bayrağı günü elan etmişdir.
Tədbirdə bir sıra ölkənin Hyuston şəhərində baş konsulları, diplomatik korpusun
digər nümayəndələri, akademik dairələrin təmsilçiləri habelə yerli Azərbaycanlı
icmasının üzvləri iştirak etmişlər.

14 Noyabr 2015

By
@
backtotop