Barselona Azərbaycanlıları Cəmiyyətinin sədri: Məqsədimiz mədəniyyətimizi təbliğ etməkdir

Diaspora.az saytının yeni layihəsi olan  “Vətənimiz Azərbaycan”  rubrikasının   ilk qonağı İspaniyada diaspora fəaliyyəti ilə məşğul olan gəncimiz  Kərim Kərimovdur.

Ilk olaraq özünüz və Təşkilatınız haqqında geniş məlumat verərdiniz

Əvvəla öz adımdan və təşkilatımız adından sizi salamlayıram. Özüm haqqında qısa məlumat verib daha sonra təşkilatımızın fəaliyyəti haqqında suallarınızı cavablandırmağa çalışacam. Mən, Kərim Kərimov, 2014-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişəm və magistr təhsilimi yenidən hüquq sahəsi üzrə Barselona şəhərinin eyni adlı Barselona Universitetində almışam. İctimai fəaliyyətimə debatla başlamışam bundan əlavə olaraq avropanın ən böyük hüquq tələbə təşkilatı sayılan ELSA’nın (European Law Students’ Association) Azərbaycan nümayəndəliyində təşkilatın baş katibi olaraq fəaliyyətimi davam etdirmişəm. İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Azerbaijani Society in Barcelona”nın (ASB) təsisçisi və hal-hazırkı sədriyəm. ASB, Barselonada və ümumən Kataloniyada yaşayan azərbaycanlıları bir araya gətirmək, onları əlaqələndirmək, mədəniyyətimizin,milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğatı məqsədilə yaradılan azərbaycanlılar cəmiyyətidir. Rəsmi olaraq fəaliyyətimizə 2015-ci ilin fevral ayının 12-dən başlamışıq və hal-hazırda 7 nəfərdən ibarət olan İdarə Heyətimizlə fəaliyyətimizi uğurla davam etdirməkdəyik.

 İndiyənə qədər Barcelonada Azərbaycanla bağlı keçirtdiyiniz tədbirlər haqqında danışardız zəhmət olmasa.

“Azerbaijani Society in Barcelona” (ASB) tərəfindən həyata keçirilən ilk tədbirimiz 26 fevral 2015-ci il tarixində Barselonan mərkəzi küçəsi olan “la Rambla”da Xocalı Soyqrımının anılması ilə bağlı dinc yürüş olmuşdur. Eyni tarixdə, Xocalıda baş vermiş hadisələri özündə əks etdirən video çarx (ingilis dilində) hazırlanaraq sosial şəbəkələrdə, o cümlədən Çin Xalq Respublikasının iki ən böyük xəbər portalında yayımlandı. Daha sonra Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirimizdə ilk dəfə olaraq İspaniyada yaşayan azərbaycanlı ailələr və tələbələr bir araya gələrək milli aura ilə bu bayramı qeyd etdilər. Qeyd edim ki, bu tədbirin uğurla həyata keçirilməsi səbəblərindən biri məhz Azərbaycan Respublikasının İspaniya Krallığında fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfiri cənab Altay Əfəndiyevin birbaşa dəstəyi olmuşdur. Aprel ayında isə ASB adından təşəkkür əlaməti olaraq Madridə səfər edərək cənab səfirlə görüşdüm və bu görüş təşkilatımızın gələcək fəaliyyəti üçün böyük motivasiya oldu. Bunlardan əlavə olaraq müxtəlif tədbirlər silsiləmiz davam etdirilir, həmçinin yerlilərimizdən ibarət futbol, voleybol, tenis komandalarımız formalaşdırılır. Bütün bunlarda səbəb təbii ki, tez tez bir araya yığışmağımız həmçinin Barselonada baş tutan müxtəlif yarışlarda iştirak etməkdir.

Təşkilat olaraq Azərbaycanımızı İspaniyada tanıdılması yolunda hansı işlərə imza atmısız?

“Azerbaijani Society in Barcelona” üzvləri mütəmadi olaraq Barselonada yaşayan ölkəmizin xarici dostlarının təşkil etmiş olduğu tədbirlərə dəvət alır və bu görüşlər fikrimizce Azərbaycanımızın müsbət mənada geniş kütlə tərəfindən tanınmasına zəmin yaradır. Barselonada fəaliyyət göstərən digər ölkələrin diaspora fəaliyyəti ilə məşğul olan təşkilatlarla qarşılıqlı olaraq əməkdaşlıqlarımız və bunun nəticəsində dostluq əlaqələrimiz günü gündən artmaqdadır. Qeyd edim ki, hal-hazırda Barselonada bədnam qonşularımızın – ermənilərin diaspora fəaliyyəti güclüdür. Biz bunun “qondarma erməni soyqrımı”nın 100 illiyi ilə əlaqədar təşkil etmiş olduqları yürüş zamanı şahidi olduq. Bütün bunları nəzərə alaraq biz, Barselonadakı Azərbaycan diasporasının güclənməsini qarşımıza ən əsas məqsəd olaraq qoymuşuq və bu istiqamətdə işlərimiz uğurla davam etməkdədir.

Gələcək fəaliyyetiniz,planlarınız və tədbirləriniz haqda məlumat verərdiniz.

Gələcək fəaliyyətimizə gəlincəysə, bu barədə çox danışmaq istəməzdik çünki fikrimizcə real nəticələrlə çıxış etmək həmişə daha önəmlidir. Qısa olaraq bildirərdim ki, bu ilin sonuna kimi Barselonanın mərkəzində “Azərbaycan Mədəniyyət Evi”nin istifadəyə verilməsi nəzərdə tutulur və hal-hazırda bu istiqamətdə işlərimiz uğurla davam etməkdədir. Bundan əlavə olaraq Barselonada yaşayan ölkəmizin xarici dostlarının iştirakı ilə hər ay “Azərbaycan mədəniyyət günləri”nin keçirilməsi , Azərbaycan milli filmlərinin nümayiş etdirilməsi ve bir sıra bu kimi tədbirlər silsiləsi də bizim növbəti hədəfimizdir. Sonda isə Təşkilatımızın yarandığı gündən bu yana hər zaman bizim yanımızda olan Barselonada yaşayan bir çox azərbaycanlı ailələrə və həmçinin diaspora fəaliyyətimizi dəstəkləyən AR Xarici İşlər Nazirliyinə öz adımdan və təşkitamızın İdarə Heyəti adından təşəkkürümüzü bildirmək istəyirəm. Bizə olan ümidləri əlbəttə doğrultmağa çalışırıq. Maraqlı müsahibəyə görə isə sizə təşəkkürlər və uğurlar!

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

04 Noyabr 2015

By
@
backtotop