Nigeriyada yaşayan yeganə azərbaycanlı ölkəmizi layiqincə təmsil edib -FOTO

Banana Mədəniyyət Festivalı çərçivəsində.

Oktyabrın 3- də Nigeriyanın  Laqos şəhərində Banana Mədəniyyət Festivalı təşkil edilib.

Diaspora.az xəbər saytı Oxu.az -a istinadən  xəbər verir ki, festival zamanı Laqos şəhərində yaşayan 18 ölkənin (Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, İtaliya, Kenya, Nigeriya, Qana, CAR, Seneqal, İngiltərə, Türkiyə və s.) nümayəndələri öz ölkələrinin tarixi, mədəniyyəti, mətbəxi, musiqisini tərənnüm ediblər.

Azərbaycanı bu tədbirdə  Nigeriyada yaşayan yeganə azərbaycanlı Büllurə Bayramova təmsil edib. Festival zamanı Azərbaycanın ləziz yeməklərindən dolma, qutab, plov, paxlava qonaqlara təqdim edilib.

Ölkə mediasına və qonaqlara Azərbaycan Respublikasının tarixi, mədəniyyəti  barəsində məlumat verilib və tədbir zamanı milli rəqsimiz  “Tərəkəmə”  ifa olunub. Qonaqlar arasında müxtəlif ölkələrin səfirləri, Laqosda yerləşən dünya şöhrətli şirkətlərin nümayəndələri və  Nigeriyanın mədəniyyət naziri və digər məmurları iştirak ediblər.

Festivalın təşkilində əsas məqsəd ölkələrin öz hüdudlarından kənarda təmsil etmək və təbliğ etmək, digər ölkə təamları,  musiqi, milli bəzək əşyaları, mədəniyyəti və tarixi haqqında  dolğun məlumat ala bilməkdir.

image (2) image (1) image (6) image (8) image (5) image (4) image (3)

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

23 Oktyabr 2015

By
@
backtotop