Azərbaycan diaspor rəhbəri Xarkov Universitetinin prorektoru təyin olunub

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilib. Murad Ömərova müxtəlif ölkələrin təhsil müəssisələri ilə elmi əlaqələri genişləndirmək, elm, təhsil layihələrini və bu sahədə təcrübə mübadiləsini inkişaf etdirmək  həvalə olunub.

Qeyd edək ki, 1963-cü ildə Kürdəmir rayonunda doğulan Murad Ömərov 35 ildir Xarkovda yaşayır. Hazırda çalışdığı universitetin məzunu həmyerlimiz, burada namizədlik və doktorluq dissertasiyaları mudafiə edərək elmi fəaliyyətini davam etdirib.

2005-ci ildə Belarus, Rusiya və Ukrayna tətbiqi radioelektronika Akadamiyalarının akademiki seçilən Murad Ömərov onlarla elmi işin müəllifidir, onun ixtiraları xalq təsərrüfatının müxtəlif sahələrində uğurla tətbiq olunur. Radioelektronika sahəsinə verdiyi böyük töhfələr və elmin inkişafı sahəsindəki xidmətlərinə görə həmyerlimiz Ukraynanın Təhsil Nazirliyi və müxtəlif qurumları tərəfindən müxtəlif mükafatlarla təltif edilib. M.Ömərov 2009-cu idən Xarkov Milli Radioelektronika Universitetində dekan vəzifəsində çalışır.

Elmi-pedaqiji fəaliyyəti ilə yanaşı, M.Ömərov diaspor sahəsində xeyli işlər görüb. Onun rəhbərlik etdiyi Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti Xarkovdakı azərbaycanlıların təşkilatlanması, milli adət-ənənələrin qorunub saxlanması, iinkişaf etdirilməsi, eləcə də iki xalq arasında mədəni-iqtisadi əlaqələrin möhkəmlənməsi istiqamətində bır sıra layihələr həyata keçirib. M.Ömərov diaspor sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

17 Oktyabr 2015

By
@
backtotop