ABŞ-ın Vaşinqton və Annapolis şəhərlərində Azərbaycana həsr olunmuş tədbirlər keçirilmişdir

Diaspora.az xəbər saytı məlumat verir ki , ABŞ paytaxtının əsas diplomatik nəşri olan “The Washington Diplomat” qəzeti
tərəfindən 6 oktyabr tarixində Vaşinqtonda Azərbaycana aid seminar keçirilmişdir.
Azərbaycan Respublikasının səfiri Elin Süleymanovla açıq müsahibə formatında
keçirilən tədbirdə Vaşinqtonun siyasi, diplomatik və biznes dairələrinin çoxsaylı
nümayəndələri iştirak etmişdir. Qeyd etmək lazımdır ki, “The Washington Diplomat”
qəzetinin bu yeni təşəbbüsünün ilk tədbiri məhz Azərbaycana həsr olunmuşdur.
Bir gün sonra səfir Süleymanov Merilend ştatının paytaxtı olan Annapolis şəhərinin
Beynəlxalq Klubu yüzdən artıq üzvü qarşısında sonuncuların dəvəti ilə çıxış etmişdir.
Vaşinqtonda keçirilmiş tədbir zamanı qəzetin aparıcı jurnalisti olan Lari Luksnerin
suallarına cavab verərək səfir, Azərbaycanın müstəqilliyinin yenidən bərpa
edildiyindən sonra ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti
nəticəsində gözəçarpan inkişaf yolu qət etdiyini bildirmiş, ölkəmizin nailiyyətlərindən
söz açmışdır. Hər iki tədbirdə, diplomat Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-
Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti kimi irimiqyaslı
layihələrin uğurla həyata keçirildiyinin yalnız Azərbaycan deyil regionun digər
ölkələrinin inkişafına da töhfə verdiyini qeyd etdi.
Ölkəmizin iqtisadi inkişafından
bəhs edən səfir Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatlarına malik ölkə kimi
tanındığını, bununla belə Prezident İlham Əliyev tərəfindən aparılan siyasət
nəticəsində əsas prioritetlərdən birinin bu ehtiyatların ixracından əldə edilən gəlirlər
əsasında qeyri-neft sektorunun inkişaf etdirilməsinin olduğunu bildirmiş və həmin
siyasətin uğurla həyata keçirildiyini vurğulamışdır. Azərbaycanda və ölkəmizin
iştirakı ilə regionda böyük infrastruktur layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars
dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. tikintisinin həyata
keçirildiyi tədbirlərin iştirakçılarının diqqətinə çatdırılmışdır.
Eyni zamanda ölkəmizin nümayəndəsi,
Azərbaycanın dünyada nümunəvi tolerantlıq
örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural
ənənələrə malik ölkə kimi tanındığını, burada müsəlman, xristian və yəhudilərin əsrlər
boyu tolerantlıq və dostluq şəraitində yaşadıqlarını söyləmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək Azərbaycanlı
səfir Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun nəticələri, o cümlədən
münaqişə ilə bağlı BMT TŞ-sı və digər beynəlxalq təşkilatların qəbul etdiyi bir sıra
sənədlər barədə geniş məlumat vermişdir. Münaqişənin həlli barədə suallara cavab
verərək o bildirmişdir ki, münaqişənin həlli formulası hamıya bəllidir və masa
üzərindədir, bu ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan
silahlı qüvvələri tərəfindən boşaldılması və oradan qovulmuş bir milyon qaçqın və
məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Diplomat qeyd edib ki, beləliklə
münaqişənin həlli üçün çatışmayan yeganə amil hal-hazırda yalnız Ermənistan
​rəhbərliyinin, o cümlədən Ermənistan xalqının gələcəyi və ölkənin inkişafı naminə
onun həll edilməsi üçün siyasi iradəsinin olmamasıdır.
Həmçinin, səfir E.Süleymanov 1 noyabr tarixində ölkəmizdə keçiriləcək parlament
seçkiləri barədə danışmış və bildirmişdir ki, seçkilərlə bağlı Milli Məclisdə nəzərdə
tutulan 125 deputat yerinə 1000-ə yaxın nümayəndənin namizədliyi irəli sürülmüş və
hər bir namizədin seçki kampaniyası üçün müvafiq şərait yaradılmış, o cümlədən
ictimai mediada təmənnasız efir vaxtı ayrılmışdır, həmçinin bu seçkilərin şəffaf və
demokratik şəraitdə keçirilməsinin təmin edilməsi üçün ölkəmizdə lazımi tədbirlər
görülməkdədir. Regionda və dünyada baş verən hadisələrdən suallara cavab verən
diplomat qeyri-sabitlik, aqressiv separatçılıq və ekstremist hərəkatlar tərəfindən
mövcud olan təhlükəni vurğulamışdır. Dünyada dəyişən mühitdə ABŞ tərəfindən daha
strateji və praqmatik yanaşmanın vacibliyini vurğulayan səfir, ABŞ tərəfdaş
dövlətləri, o cümlədən Azərbaycanla daha aydın, obyektiv və konstruktiv siyasətin
aparılmasının əhəmiyyətini bildirmişdir. Bu kontekstdə o qeyd etmişdir ki, ikili
standartlar və səthi yanaşmalar regionun inkişafına mənfi təsir göstərir.

09 Oktyabr 2015

By
@
backtotop