Azərbaycan diasporunun tarixi: -ARAŞDIRMA

Əbülfəz Şeydabəyov,
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı

AZƏRBAYCAN- dünyanın hər bir nöqtəsində yaşayan özünü azərbaycanlı tanıyan, bu on ən gözəl, ən nəcib hərflərin bir sözdə Azərbaycan kəlamında birləşik səslənişində qəlbi həyəcanlanan, cismi qürbət ellərdə yaşasa da ürəyi Azərbaycanla döyünən 50 milyonluq dünya azərbaycanlılarının qürur və şərəf mənbəyidir!

Azərbaycanlılar sadəcə Ana Vətəndə yaşayan 9 milyonluq əhalidən ibarət deyil, dünyanın beş qitəsində məskunlaşan 40 milyondan çox soydaşlarımız tarixin müxtəlif dövrlərində imperialistlərin Böyük Vətənimizi parçalaması, hərbi təcavüzlər, paxıl düşmənlərimizin xain siyası oyunları, içinə sürükləndiyimiz cahan müharibələri və sadalamaqla bitməz mənfur amillərin təsiri nəticəsində dünyaya səpələnmişlər. Səpələnmək sözünün yunancası olan diaspora bir xalqın xeyli hissəsinin Ana Vətəndən kənarda,xaricdə yaşamasıdır. Milli mənsubiyyətlərini, dilini, adət ənənələrini, mədəniyyətlərini, mənəvi-əxlaqi dəyərlərini, milli bayramlarını bir əsr və ya daha da çox zaman kəsimində qoruyub saxlamış onu yaşatmış, yaşadıqları digər topluluqlar arasında əriyib itməyərək tarixi Ana Vətənlə əlaqələrini itirməmiş 40 milyondan çox dünya azərbaycanlıları bizim milli diasporamız sayılırılar.

Azərbaycan müasir diasporunun inkişaf tarixi dünyanın müxtəlif ölkələrində milli cəmiyyətlər və mədəniyyət mərkəzləri ətrafında təşkilatlanması bir neçə dövrə bölünür. Azərbaycan diasporunun təməli və formalaşması prosesi Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) süqutundan sonra başlanmışdır. Belə ki, kommunist rejimi təqibinə məruz qalan siyasi xadimlərimiz, milli ziyalılarımız, milli dövlətin qurulmasında əvəzsiz rolu olmuş aydınlar, inzibati və hərbi strukturlarda çalışanlar, mütəxəssislər, soylu bəylər və ən acısı o dövrdə milli hökumətin ayırdığı vəsait hesabına xaricdə təhsil alan gənclər vətənə qayıda bilməyərək mühacir həyatına məhkum olmuşdurlar. Onların çox hissəsi Avropa, Asiya və Amerika qitələri ölkələrinə səpələnmişlər. Həmin dövrdə İranda da, milli-azadlıq hərəkatının fədailərinin mühacirət həyatına köçməsinə səbəb olmuş, onlar da Türkiyə, Fransa, Almaniya, ABŞ, Skandinaviya ölkələrinə səpələnmişlər. Bir tarixi acı statistik göstəricini xüsusi ilə qeyd etməmək olmaz, 1917 ci ildə Azərbaycanda, Avropanın müxtəlif ən böyük ali təhsil ocaqlarında təhsil alan 2000 azərbaycanlı mütəxəssis var idi. 1920 ci il bolşevik işğalından sonra başlanan güllələnmələr və təqiblər sonucu bu rəqəm 25 nəfərə düşmüşdür…

Bu səpələnmə dalğası 1937-1938 ci illərdə Stalin repressiyaları ilə davam edir, bizim də ailədən yan keçməyərək çox azərbaycanlı ailəsini başsız qoyan bu təqiblər Vətənimizdən saysız miqdarda insanımızın mühacirət etməsinə səbəb olmuşdur. Stalin təqibləri dövründə on minlərlə azərbaycanlının Orta Asiya ölkələrinə kütləvi sürgün olunması amilini də qeyd etsək, günümüz Türkmənistan, Qazaxstan və Qırğızıstan Respublikalarında formalaşan milli diasporalarımızın tarixçəsinin məss o dövrlərdən əsasının qoyulduğunu anlamaq çətin olmaz.

Böyük Vətən Müharibəsində Sovetlər birliyinin qələbəsində ən böyük payı olmuş Azərbaycan baxmayaraq ki, 1941-1945 ci illərdə 3 milyonluq əhaliyə sahib idi 600.000 çox övladını ən şiddətli döyüşlərin getdiyi cəbhələrə yollamışdır. Azərbaycanlılardan 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi və faşistləri Qafqazdan-Berlinin içlərinə qədər qovaraq bir sıra Sovet və Avropa şəhərlərini azad edən 416, 223, 77, 402 ci milli diviziyalar təşkil olunmuşdur. Stalinin faşistlərə əsir düşənlərə “güllələnmə hökmü” verilməsi hərbi fərmanının nəticəsində – milli diasporamızın tərkibinə yeni qatılmalar olmuşdur. Müharibə qurtarandan (1945) sonra əsir düşmüş azərbaycanlıların böyük hissəsinin xaricdə qalaraq, onların ABŞ, Latın Amerika ,Avropa, Asiya və hətta Afrika ölkələrinə səpələnmələrinə səbəb olmuşdur. İranda S.C.Pişəvarinin rəhbərlik etdiyi Azərbaycan Demokratik Partiyası milli azadlıq hərəkatının 1946 ci ildə süquta uğraması və azadlıq mübarizlərinə qarşı başladılan “pəhləvi” təqibi, böyük ziyalı və düşünən beyinlər köçünə səbəb olmuşdur. O illərdə (1946) Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti təsis olunmuş. Bir müddət sonra isə 1960 cı ildən “Vətən Səsi” adlı qəzet nəşr edilmiş, həmin qəzet bir sıra dillərdə dərc edilməyə başlanmışdır. Zamanla “Odlar Yurdu” adlı qəzetlə davam edilmiş, bu qəzetlər dünyanın bir çox ölkəsində yaşayan milli cəmiyyətlərimizə doğma məmləkətləri ilə əlaqələrin kəsilməməsi üçün göndərilirdi.

Çox çətinliklərə tabb gətirən Vətəndən çox-çox uzaqlarda qəlblərində ay-ulduzlu Azərbaycanı yaşadan milli diasporamız bir gün azadlıq qartalının bizim elimizin dağlarının, yaşıl çəmənlərinin, doğulduqları şəhərlərin , kəndlərin, ata ocaqlarının, minarəli məscidlərin, mavi Xəzərin hürr səmalarında uçacağından əmin idilər. Kim bilir bəlkə onlar hər gecə bunları düşünərək Amin! deyib səbirsizliklə həmin azadlıq günəşinin bu səhər saçacağından gözləri yuxu da almırdı?!

Milli diasporamız hər şeydən öncə Azərbaycanın hürriyətə qovuşacağından əmin idi, bu ideyaya inanırdı bu yolda mübarizə aparırdı, azərbaycanlı kimliyini qürbəttə əriməsinin qarşısını almağı özünə başlıca vəzifə seçmişdi. Bu qutlu günəş Qafqaz dağlarının yamaclarından görünməyə başlamışdı. Dünyanın 5 qitəsində yaşayan diasporamız 1989 cu il dekabrın 31-də Türkiyənin İstanbul şəhərində ilk dəfə olaraq Ümumdünya Azərbaycanlılar Konqresini keçirdi. Azərbaycan üçün tarixi əhəmiyyəti olan bu konqres sonralar orta məktəb tarix kitablarına da salınaraq gələcək nəsillərə mübarizlik ruhunun əbədiliyinin məşəli kimi tarixə keçdi.

Qırmızı terrorun zorla “müttəfiq” etdiyi sovet respublikaları 1991 ci ildə dağıldıqdan sonra Rusiya, Ukrayna, Belorus, Pribaltik ölkələr, Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarımız da yeni müstəqil olmuş bu ölkələrdə milli diasporalar ətrafında təşkilatlanmış və müstəqil Azərbaycan Respublikası ilə mədəni bağlarını qoparmamışlar.

Sonralar xalqımızın böyük oğlu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının ali məclisi 1991 ci il 16 dekabr tarixli qərarı ilə hər il 31 dekabr tarixini Dünya azərbaycanlılarının həmrəylik günü kimi keçirilməsi barədə fərman verdi. Bu fərmana əsasən Azərbaycan Respublikası Ali Sovetinin (o dövrdə Milli Məclis belə adlanırdı) Milli Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarını təsdiq etdi.

Məss həmin 90-ci illər ərəfəsində Avropada, Amerika Birləşmiş Ştatlarında,Yaxın Şərqdə, Müstəqil Dövlətlər Birliyi respublikalarında sürətlə vahid azərbaycançılıq və düzgün,operativ lobbiçilik ideyaları ətrafında birləşən milli diasporalarımız sürətli şəkildə təşkilatlanmağa və yaşadıqları ölkələrdə Azərbaycanın səsi olmağa başladılar.

Dünyaya səpələnmiş diaspora birliklərimizi bir yerə toplayıb onları dinləmək və Vətənimizin beynəlxalq səviyyədə tanıdılması naminə müstəqil Azərbaycanla ortaq hərəkət etmək üçün Prezident Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının görüşü və bir amalda səfərbər olması çox vacib və diasporamızın gələcəyi üçün çox stratejik mühüm bir qərar idi.

2001 ci il noyabrın 9-10 da paytaxt Bakı şəhərində Dünya azərbaycanlılarının I Qurultayı keçirildi. Bu dövr həmdə 50 milyonluq dünya azərbaycanlılarının bayramı idi, Azərbaycan müstəqilliyinin 10 cu ildönümünü qeyd edirdi. Qurultayın tarixi əhəmiyyəti çox böyükdür, burada 102 nəfərdən ibarət Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasını və 23 nəfərdən ibarət idarə heyətinin sədrini və dörd müavini seçildi. Ölkə Prezidenti cənab Heydər Əliyev öz çıxışında diasporamızın keçdiyi çətin yolu təhlil etmiş və Vətənimizin hürriyətinə qovuşduqdan sonra milli diasporamızın üzərinə daha da məsuliyyətli iş düşməsini vurğulamışdır. Hal hazırda fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsi 2002 ci ildə Dünya azərbaycanlılarının qurultayından həmən sonra respublikanın prezidenti Heydər Əliyevin “Xaricdə Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsininyaradılması haqqında” fərmanına əsasən davam etməkdədir. Dünya azərbaycanlılarının II Qurultayı 16 mart 2006 cı ildə paytaxt Bakı şəhərində keçirildi. Bir sıra tarixi sənədlər qəbul edildi. Respublika Prezidenti İlham Əliyevin 40 dan çox xarici ölkələrdən gələn diaspora nümayəndələri qarşısında geniş nitqi oldu. Qurultayda önəmlə görülən işlərin hesabatı və Qarabağ problemində bizim haqlı mövqeyimizin diaspora azərbaycanlılarının vasitəsi ilə yaşadıqları ölkələrin ictimayyətinə və KİV inə mütəmadi çatdırılması müzakirələri oldu.

Dünya azərbaycanlılarının III qurultayına- 5 iyul 2011 tarixində Bakıda dünyanın 42 ölkəsindən toplanan 580 nümayəndə, 210 qonaq, eləcə də çoxlu sayda xarici siyasətçi, rəsmi şəxslər, deputatlar, alimlər və ictimai xadimlər qatılmışdılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı və milli diasporamızın Qarabağ problemində Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatırmasını Ermənistanın münaqışədəki “status-kvo” mövqeyinin qəbul edilməməzliyini vurğulamış və regionda ən güclü orduya malik olan ölkəmizin istənilən an öz ərazi bütövlüyümüzü təmin edəcək gücə sahib olduğunu vurğulamışdır. Ölkə Prezidenti həmçinin nitqində söyləmişdir : ”ermənilər yaxşı bilirlər ki, onlar Dağlıq Qarabağa qonaq gəliblər. Ermənistan dövləti tarixi Azərbaycan ərazisində İrəvan xanlığı və Zəngəzurda yaradılıb. Zəngəzurun Ermənistana verilməsi ilə türk dünyası coğrafi baxımdan parçalanıb”.

Dünya azərbaycanlılarının III qurultayında da ənənəvi olaraq xaricdə Vətənimizi layiqincə təmsil edən və eləcə də qurultaya qatılan Azərbaycanın dostlarına ölkə Prezidentimiz tərəfindən Azərbaycan Respublikasının “Dostluq” ordeni təltif olunmuşdur.

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri cənab Nazim İbrahimovun rəhbərliyi ilə son illər özəlliklə Avropada yaşayan Azərbaycan icmaları ilə apardığı düzgün və ortaq işlərin nəticəsi olaraq 2011 ci ilin may ayında Almanıyada keçirilən Eurovision musiqi yarışmasında məss Azərbaycanın birinciliyə laiq görülməsi özlüyündə komitənin də mühüm rolu olaraq Azərbaycan adına böyük uğurlarından saymaq olar.

Bununla yanaşı Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyası çərçivəsində dünyanın ən nüfuzlu siyasi şəhərlərində minlərlə soydaşlarımızla yanaşı həmçinin orada yaşayan yerli vətəndaşların da qatılımı ilə ermənilərin tarixi Azərbaycan toprağı Qarabağda insanlığa qarşı törətdikləri soyqırımı dünya ictimaiyyıtinə çatdırılması öz məhsuldar nəticələrini verməkdədir. Belə ki, bunun nəticəsi olaraq Pakistan, Meksika,Kolumbiya kimi ölkələr Xocalı soyqırımını öz parlamentlərində müzakirə etmiş,bunu soyqırım kimi rəsmən tanımışlar. Digər ölkələrdə isə bu soyqırım aktı müzakirə olunmaqda və yaxın tarixlərdə silsilə ardıcıllıqla bir sıra ölkələrdə yaşayan milli diasporalarımızın da fəallığı sonucu Xocalı soyqırımı rəsmən tanınacaqdır.

Müasir milli diasporamız artıq dünyada öz sözünü cəsarətlə deyən bir gücdür. Buna müstəqilliyimizin yenidən əldə edilməsi amili daha böyük təsir etməkdən ziyadə Respublikamızın xaricdə yaşayan milyonlarca soydaşımıza böyük önəm verməsi, Diaspora Komitəsinin qurulması, daima onlar yaşayan ölkələrə səfər edən hər bir dövlət rəsmilərimizin onlarla görüşləri buna əyani sübutdur. Müasir milli diasporamızın tərkibi artıq dördüncü nəsil olduğundan Vətənimizin beynəlxalq lobbi-təbliğat ordusu da artık köklü və daha effektiv olma göstəriciləri də sürətlə yüksəlməktədir.

Bir sıra ölkələrdə soydaşlarımızın istər rəsmi dövlət strukturlarında, istər həmin ölkələrin parlamentlərində millət vəkili kimi təmsil olunmaları, istər başarılı iş adamı kimi tanınmaları çox sevindirici haldır. Diaspora dünya ilə Ana Vətənimiz arasında bir körpü rolu oynayaraq beynəlxalq arenada müsbət Azərbaycan imicinin formalaşdırmasında mühüm rol oynamaqdadır.

Sevindirici amillərdən ən başlıcası odur ki, milli diasporamız Vətənimizin inkişaf edən işığından qorxan mənfur ünsürlərin saxta,əsassız, əfsanəşunas böhtanlarına qarşı yerindəcə lazımı cavabı verərək onları həm yaşadıqları öılələrin həm də beynəlxalq mətbuatda da ifşa etməkdədirlər..

Həqiqətəndə dövrümüzün informasiya müharibəsində dünyada yaşayan 50 milyondan çox azərbaycanlı çox böyük ordudur. Xaricdə yaşayan milli diasporamızla Ana Vətəndə yaşayan xalqımız səfərbər olmalı və vahid güc halında milli maraq və mənafeylərimiz naminə, Azərbaycanın düzgün tanıdılması üçün fəallıqla mübarizə aparmalıdır. Bu dövlətçiliyimizin mühüm strategiyasına çevrilməlidir.

Qeyd : Yazı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqə üçün hazırlanıb.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

09 Oktyabr 2015

By
@
backtotop