Nazim Ibrahimov Bolqarıstan və Makedonyanın prezidentləri ilə görüşüb

Makedoniya Prezidenti George İvanov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovu qəbul edib. Görüş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Sofiyada keçirilən “Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri” konfransı çərçivəsində baş tutub.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə dair müzakirələr aparılıb. Makedoniya Prezidenti George İvanov bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq düşüncə mərkəzinə çevrilib və burada aparılan müzakirələr region dövlətləri üçün çox vacibdir. Ölkəsinin Azərbaycanın tolerantlıq və qarşılıqlı anlaşma ideyalarının təbliğinə yönəlmiş təşəbbüslərini dəstəklədiyini bildirən Makedoniya Prezidenti  gələn ilin martında keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak edəcəyini deyib.

Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan Prezidenti cənab İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş forumlarda şəxsən iştrak etdiyini xatırladıb. O, qeyd edib ki, Azərbaycan dövləti dünyanı narahat edən qlobal problemlərin müzakirəsində hər zaman maraqlı olub. Dövlət Komitəsinin sədri Azərbaycan Prezidentinin dəstəyi ilə Bakıda keçirilmiş forumların mədəniyyətlərarası dialoqun dərinləşməsinə və qlobal problemlərin həlli yollarının tapılmasına mühüm töhfələr verdiyini
vurğulayıb.

Oktyabrın 7-də Bolqarıstan Prezidenti Rosen Plevneliev Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovu qəbul edib.

Prezident Rosen Plevneliev rəsmi Sofiyanın ölkəmizlə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Prezident qeyd edib ki, Azərbaycan Bolqarıstanın mühüm tərəfdaşlarından biridir.  O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, mərkəzin təşəbbüsü ilə həyata keçirilən layihələri təqdir etdiyini diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib.

Qəbulda gələn ilin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulan Qlobal Bakı Forumunun IV toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb. Nazim İbrahimov Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu foruma xüsusi əhəmiyyət verdiyini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə hər zaman diqqət və qayğı göstərdiyini vurğulayıb. O, qeyd edib ki, məhz Prezident İlham Əliyevin dəstəyi sayəsində bu forum qlobal problemlərin müzakirə edildiyi mühüm bir platformaya çevrilib.

Bolqarıstanın dövlət başçısı Qlobal Bakı Forumunun IV toplantısının müasir dünyanın qlobal problemlərinin həllinə töhfə verəcəyinə ümid etdiyini, böyük məmnuniyyətlə Forumda iştirak etmək arzusunda olduğunu qeyd edib.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

08 Oktyabr 2015

By
@
backtotop