Serbiyada Azərbaycanla bağlı fotosərgi təşkil edilib

Serbiyanın Priboy na-Limu şəhərindəki Gənclər Mərkəzinin təşkilatçılığı ilə avropalı gənclərin Azərbaycanda çəkdikləri fotoşəkillərdən ibarət fotosərginin açılış mərasimi olub.

Gənclər Mərkəzində keçirilən tədbirdə Priboy na-Limu şəhər meriyasının rəhbərliyi, bu şəhərin sakinləri, Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycan ilə Serbiya arasında yüksək səviyyəli dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğu qeyd edilərək, bu əlaqələrin inkişafında hər iki ölkənin dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığı, hazırkı fotosərginin də bu yaxın əlaqələrin bir nümunəsi olduğu bildirilib.

Daha sonra mərkəzin rəhbəri Emir Vrajalitsa tədbir iştirakçılarına şəkillər barədə məlumat verərək, Azərbaycanda gördüyü mənzərələr, ölkəmizdə müşahidə etdiyi inkişaf, quruculuq və abadlıq işləri barədə təəssüratlarını bölüşüb.

Tədbir mərkəzin nəzdində fəaliyyət göstərən rəqs kollektivinin ifasında yerli folklor nümunələrindən ibarət konsert proqramı ilə davam etdirilib.

Səfirliyimizin əməkdaşları, eləcə də Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının təmsilçiləri Priboy na-Limu şəhərinin rəhbərliyi ilə görüşüblər.

Söhbət zamanı Azərbaycandakı sosial-iqtisadi inkişaf, siyasi sabitlik, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.

Priboy na-Limunun rəhbərliyi dost Azərbaycanda müşahidə olunan inkişafın onları sevindirdiyini bildirərək, ölkəmizin Serbiyada həyata keçirdiyi humanitar və iqtisadi layihələrə görə minnətdarlıq ediblər.

Qeyd edək ki, cari ilin iyulunda “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyi tərəfindən təşkil edilmiş “Gəncə Avropalı Gənclərin Gözü ilə” adlı beynəlxalq fotomüsabiqədə iştirak edən 15 Avropa ölkəsi sırasında Serbiyanı Priboy na-Limu şəhər meriyasının nəzdində fəaliyyət göstərən Gənclər Mərkəzinin rəhbəri Emir Vrajalitsa təmsil edib. Müsabiqə çərçivəsində avropalı gənclər Gəncə də daxil olmaqla Azərbaycanın bir neçə şəhər və rayonlarında olmuş və ölkəmizin füsunkar təbiətini, maddi və mədəni irsini, eyni zamanda, müasirliyini özündə əks etdirən maraqlı fotoşəkillər çəkiblər. Müsabiqənin nəticəsi kimi iştirakçılar öz ölkələrinə qayıtdıqdan sonra seçilmiş şəkillərdən ibarət fotosərgi təşkil ediblər.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

05 Oktyabr 2015

By
@
backtotop