Yekaterinburqda VI Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib

VI Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində “Rusiya və Azərbaycan: inkişaf nöqtələri” mövzusunda Rusiya-Azərbaycan Gənclər Forumu keçirilib. Forumda iki ölkənin gənclər təşkilatlarının nümayəndələri, Rusiyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. İki ölkənin iqtisadi əlaqələrinin inkişafı çərçivəsində gənclər arasında əməkdaşlıq məsələlərini müzakirə edən forum iştirakçıları sahibkarlıq, innovativ elmi-texniki və sosial-mədəni layihələr sahəsində təcrübə mübadiləsi aparıblar.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev forumda çıxış edərək iştirakçıları RAGB-ın sədri Leyla Əliyevanın adından salamlayıb, qurumun fəaliyyətindən, Azərbaycan-Rusiya dostluğunun möhkəmlənməsinə yönələn tədbirlərdən söz açıb.

Tədbirin təşkilatçılarına təşəkkür edən natiq deyib ki, onların səyləri ilə ölkələrimizin gənclərinin və gənclər təşkilatlarının səmərəli əməkdaşlığı üçün yeni kommunikasiya meydanı açılıb. E.Hacıyev deyib: “Yekaterinburq çoxlu nüfuzlu təhsil müəssisələrinin olduğu gözəl şəhərdir. Burada Azərbaycandan tələbələr təhsil alır, RAGB-ın regional bölməsi fəaliyyət göstərir, habelə çoxsaylı gənclər festivalları, konfranslar, konsert və digər tədbirlər keçirilir. Gənclərimiz RAGB-ın dəstəyi ilə Rusiya ilə Azərbaycan arasında mədəni, humanitar və iqtisadi əlaqələrin inkişafına yönələn müxtəlif tədbirlər keçirirlər”.

Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev mətbuat konfransında gənclər forumuna yüksək qiymət verib. O, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsində gənclər forumlarının əhəmiyyətini vurğulayıb. Y.Kuyvaşev deyib: “Beynəlxalq gənclər forumlarının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın varisliyinin qorunub saxlanılmasını, qabaqcıl ideyaların və layihələrin inteqrasiyasını təmin edəcək və dövlətlərimizin iqtisadiyyatının inkişafına xidmət edəcək. Azərbaycan yüksək sürətlə inkişaf edir. Əməkdaşlıq dinamikasını saxlamaq və inkişaf etdirmək üçün gənclərimiz ünsiyyətdə olmalıdırlar. Bu baxımdan gənclər forumu gələcək qarşılıqlı fəaliyyətimiz üçün çox mühüm elementdir. Bu gün biz Azərbaycan nümayəndələri ilə bir dildə danışırıq, bir-birimizi problemsiz başa düşürük. Təsadüfi deyil ki, Rusiyanın, o cümlədən Uralın ali məktəblərində Azərbaycandan olduqca çox tələbə təhsil alır. Bu, münasibətlərimizi daha da möhkəmləndirməyə imkan verir”.

VI Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak edən Rusiya iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski deyib: “Gənclər yeni ideyalar təklif edən kreativ və cəsarətli auditoriyadır. Üstəlik, biz onları bu ideyaları səsləndirməyə çağırırıq və gündəlik fəaliyyətimizdə həmin ideyalardan maksimum istifadə etməyə çalışacağıq”.

Gənclər forumunda bir sıra təşəbbüslər, o cümlədən ənənəvi Bakı Humanitar Forumu çərçivəsində Dünya Gənclər Humanitar Forumunun keçirilməsi, “Təmiz vətən, təmiz Xəzər” layihəsinin həyata keçirilməsi barədə təşəbbüslər səslənib.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

01 Oktyabr 2015

By
@
backtotop