Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir beynəlxalq təşkilatla əməkdaşlıq edə

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyi və İdarə Heyətinin üzvləri – Finlandiyanın sabiq Prezidenti Tarya Halonen, Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov ABŞ-ın Nyu-York şəhərində “Appeal of Conscience” Fondunun 50 illiyi, eləcə də təşkilatın təsis etdiyi mükafatın növbəti təqdimatı ilə bağlı keçirilmiş tədbirdə iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Appeal of Conscience” Fondunun mükafatının builki sahibi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kamerun olub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi tədbir çərçivəsində “Apeal of Conscience” Fondunun prezidenti Rabin Arthur Şnayer, dünyanın ən böyük transmilli korporasiyaları sayılan “BlackRock”, “BlackStone”, “Johnson&Johnson”, “Coca-Cola” rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə mərkəzin fəaliyyəti, 2016-cı ildə keçiriləcək IV Qlobal Bakı Forumu ilə bağlı fikir mübadiləsi aparılıb və şirkət rəhbərləri beynəlxalq tədbirə dəvət olunub.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə “Appeal of Conscience” Fondu sıx əməkdaşlıq etməyi planlaşdırır. Fondun fəxri prezidentləri Madlen Olbrayt, Henri Kissencer, Kolin Pauel və Kondoliza Raysdır. Təşkilatın təsis etdiyi mükafatın sahibləri arasında Marqaret Tetçer, Barbara Buş, Vaslav Havel, Henri Kissencer, Herhard Şröder, Romani Prodi kimi nüfuzlu siyasətçilər və ictimai xadimlər var.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

30 Sentyabr 2015

By
@
backtotop