Sinaqoqda Azərbaycan tədbiri

Diaspora.az xəbər saytına verilən məlumata görə Nyu-York ştatında yerləşən ABŞ-ın yəhudi icmasının tanınmış və nüfuzlu mərkəzlərindən hesab olunan Həmton Sinaqoqunda (Hampton Synagogue) Azərbaycanda mədəniyyətlərarası dialoq və regional dinamikaya həsr edilmiş tədbir keçirilmişdir. ABŞ-ın yəhudi icmasının tanınmış simalarından olan ravin Mark Şnayerin (Marc Schneier) açılış nitqi ilə başlamış tədbirdə Həmpton Sinaqoqunun dəvəti ilə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak etmişdir.

Qeyd edək ki, M.Şnayer etnik və dini məsələlərin araşdırılmasında ABŞ-da aparıcı qurumlarından olan “Etnik Anlaşma Fondunun” (Foundation for Ethnic Understanding) rəhbəri olmaqla yanaşı, yəhudi-müsəlman anlaşmasını təşviq edən qabaqcıl simalardan biri kimi tanınır.

Nitqində, M.Şnayer Azərbaycanı tolerantlıq və barış ölkəsi kimi xarakterizə etmiş, burada yəhudi və müsəlmanların barış, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşadığını vurğulamışdır. Bu yaxınlarda Azərbaycana səfər etdiyini və bu zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdüyünü xatırlatmış M.Şnayer, ölkə rəhbərliyi tərəfindən milli və etnik icmalara, o cümlədən Azərbaycanda əsrlərlə yaşamış yəhudi icmasına xüsusi diqqət və qayğının olduğunu söyləmişdir. Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu deyən M.Şnayer, bunun təkcə iqtisadiyyat sahəsində deyil, cəmiyyətin bütün sahələrində hiss edildiyini vurğulamışdır.

M.Şnayer Bakı 2015 Avropa Oyunlarının Azərbaycan tərəfindən qısa zamanda, ən yüksək səviyyədə təşkil edildiyini bildirərək, bunun Azərbaycanın iqtisadi gücü və siyasi iradəsinin göstəricisi olduğunu vurğulamışdır.

Daha sonra danışmış yəhudi icmasının tanınmış nümayəndələrindən biri Dr. Hank Şeynkof tədbir iştirakçılarını maraqlandıran sualları və Azərbaycanı regionda unikal edən cəhətləri Azərbaycan nümayəndəsi ilə müzakirə etmişdir.

Öz çıxışında, səfirAzərbaycanın müsəlman ölkəsi olaraq bütün din və mədəniyyətlərə hörmətlə yanaşdığını və bu baxımdan yəhudi xalqı ilə müsbət münasibətlərdə olmasını bir nümunə olduğunu söyləmişdir. O, bunun Azərbaycan xalqının ənənəsinə söykəndiyini və eyni zamanda Azərbaycan rəhbərliyinin tolerantlıq və dialoqa sadiqliyinin nəticəsi olduğunu vurğulamışdır. Məhz Azərbaycan dövlətinin keçirdiyi siyasətin nəticəsidir ki, Azərbaycanda yaşayan yəhudi və digər icmalar Azərbaycan xalqının tam və bərabərhüquqlu üzvü olmaqla yanaşı, bugün də güclü və inkişaf etmiş Azərbaycanın qurulmasında iştirak edirlər.

Regionda baş qaldıran radikal meyllərin qlobal təhdidə çevrildiyi bir zamanda Azərbaycan kimi müsəlman, tolerant və inkişaf etmiş cəmiyyət ekstremizm və radikalizmə ən uğurlu cavab olduğunu qeyd edən azərbaycanlı diplomat, özündə proqressiv dəyərləri və dərin adət-ənənəni ehtiva edən Azərbaycan cəmiyyətinin müsəlman və digər region ölkələri üçün nümunə olduğunu söyləmişdir. Təəssüflə qeyd etmək lazımdır ki, bütün bunlara baxmayaraq, vaxtaşırı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir, deyən diplomat, ABŞ-ı misal olaraq göstərmişdir. O, dünyada baş verən hadisələr fonunda ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının öz hesabatlarında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsinin elementar məntiqə sığmadığını vurğulamışdır.

Tədbir zamanı Azərbaycanın tolerantlıq ənənələrinin dərin tarixi köklərə malik olduğunu qeyd edilmiş, Azərbaycanın, hətta ABŞ və Avropanın hazırkı bir çox aparıcı dövlətlərindən də öncə qadınlara seçki hüququnu verən dövlət olduğu misal olaraq göstərilmişdir. Səfir, hazırda da qadınların rolunun cəmiyyətin həyatının bütün sahələrində çox əhəmiyyətli olduğunu qeyd edərək, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və aparıcı rolu altında çox mədəniyyətlilik və tolerantlıq ənənələrinin təşviq edildiyini söyləmişdir.

Belə ki, Azərbaycan yalnız bəyanatlarla kifayətlənmir, cəmiyyətin gündəlik həyatının bütün sahələrində tolerant və bərabərhüquqlu yanaşma mövcuddur.

Regionunun sosial-iqtisadi durumu barədə verilən suallara cavab verərkən azərbaycanlı diplomat, ölkənin çoxşaxəli və dayanıqlı iqtisadiyyata malik olduğunu söyləmişdir. Təəssüf ki, regionun vahid tam kimi inkişafına mane olan Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı hələ də davam edir. Keçmiş sovet məkanında cərəyan edən hadisələrə cavab verərkən diplomat ABŞ-ı regionda mövcud olan separatizm faktlarına birmənalı yanaşmasının vacib olduğunu vurğulamışdır. Əks halda, ikili standartlar nəinki münaqişələrin sülh yolu ilə həllinə yardım etməyəcək, hətta ABŞ-ın regiondakı maraqlarına ciddi təsir göstərəcək.

Qeyd edək ki, Həmpton Sinaqoqu ABŞ-ın yəhudi icmasının aparıcı mərkəzlərindən olmaqla yanaşı, yüksək səviyyəli dövlət nümayəndələrinin də tez-tez ziyarət etdiyi məkanlardan biridir.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

22 Sentyabr 2015

By
@
backtotop