Rusiyanın Amur televiziyasında Azərbaycana həsr edilmiş proqram nümayiş etdirilib

Rusiyanın Amur televiziyasında Azərbaycana həsr edilmiş ikinci proqram nümayiş etdirilib.

Xatırladaq ki, “Bakı-2015” birinci Avropa Oyunları dövründə Amur vilayətinin birinci telekanalının çəkiliş qrupu “Araz” Azərbaycan milli-mədəni cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanda olub. Vilayət telekanalı Avropa Oyunları haqqında proqramlar hazırlayıb, iki həftə ərzində nümayiş etdirib.

Bu günlərdə həmin telekanalın çəkiliş qrupu ölkəmiz haqında 37 dəqiqəlik “Azərbaycanda multikulturalizm həyat tərzi kimi” adlı ikinci proqram hazırlayıb. Proqramın müəllifləri vilayət sakinlərinə Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin, müxtəlif dini icmaların dinc yanaşı, mehriban yaşaması barədə söhbət açıblar. Amur vilayətinin sakinlərinin rəyinə görə, bu proqramlar yerli əhali arasında böyük maraq və əks-səda doğurub.

Amur vilayətindəki Azərbaycan diasporunun rəhbəri Məhəmməd Əsgərov  bildirib ki, bu telekanal Azərbaycan milli mətbəxi, ölkəmizin turizm imkanları, şəfa ocaqları və tarixi barədə silsilə proqramlar hazırlamağı planlaşdırır.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

25 Avqust 2015

By
@
backtotop