Ukraynadakı diasporumuzun turizmin inkişafına töhfəsi

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Azərbaycana turist axınına maneə yaradan məqamlara sərt irad bildirməsi ölkəmizin hər yerində olduğu kimi diaspora təşkilatları tərəfindən də diqqət və maraqla qarşılanıb. Həmin çıxışdan ruhlanaraq Ukraynada Azərbaycan diasporunun rəhbəri Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa Məmmədov (İlisuyskiy) və Rusiyada Azərbaycan diasporunun fəalı Rüfət Əliyev tərəfindən bir neçə ölkədən olan turistlərin Qax rayonuna səyahətini təşkil ediblər. Əsrarəngiz təbiət gözəlliklərinə, əlverişli iqlim şəraitinə malik olan Qax rayonunun turizm potensialı geniş olduğundan xarici ölkələrdən olan turistlərin buraya marağını artırmaq məqsədi ilə Paşa Məmmədovun və məhşur fotoqraf Rüfət Əliyev yeni təşəbbüsü bu sahədə ilk olmaqla yanaşı həm də ölkəmizin tanıdılması baxımından diqqəti çəkir. Bununla bağlı Paşa Məmmədov öz açıqlamasında vurğulayıb: “Qaxın əsas özəlliklərindən biri onun turizm üçün son dərəcə əlverişli, füsunkar bir məkanda, uca dağların qoynunda yerləşməsidir. Qədim kənd və müasir şəhər elementlərini özündə birləşdirən bu turizm məkanını ilin bütün fəsillərində yerli və xarici turistlər ziyarət etmək imkanına malikdir. Məhz bu baxımdan Rusiya, Ukrayna və İsraildən olan turistlərin rayonumuza səyahətini təşkil etmişik. Cənab Prezident son müşavirədəki çıxışında qeyri-neft sektorunun inkişafını vurğuladı və prioritet sahə kimi turizm sektorunu da qeyd elədi. Bu çağırışa cavab olaraq Qaxın adından, bir qaxlı kimi Qax rayonunun turist potensialı ilə tanış etmək məqsədi ilə turistləri cəlb elədik. Təbii ki, bunlar Qax rayonunda yaşayan əhalinin rifahının artmasına kömək olacaq, həm Qax rayonunun turizm potensialının dünyaya çatdırılmasına kömək olacaq. Və bu sahədə biz Qax gəncləri bacardığımız işi heç kimdən gözləməyərək özümüz görəcəyi nəzərdə tutmuşuq. Bu gün bu layihənin birinci etapıdır. Bu layihə turizm mövsümü başa çatanadək davam edəcək”. Ukrayna, Rusiya və İsraildə yaşayan turistlər səyahət zamanı Kürmük məbədində, Sumu qalada, Ulu körpü, Ləkit və Qum kəndlərindəki dünya memarlıq abidələrinə baş çəkdiklərini, eləcə də şəhərdəki İçəri bazar mədəniyyət-turizm mərkəzindən xüsusi zövq aldıqlarını, bu məkanların dünyanın öndə gedən turizm bölgələrindən heç də geri qalmadığını xüsusi qeyd etdilər. Paşa Məmmədovun verdiyi məlumata əsasən, ölkə başçısının qeyri-neft sektorunda, xüsusən də turizmin inkişaf etdirilməsinə dair verdiyi tövsiyələri həyata keçirmək üçün yaxın vaxtlarda bir neçə tur-aksiyaların təşkili nəzərdə tutulur.

18 Avqust 2015

By
@
backtotop