Türkiyədə Azərbaycan-Türkiyə qardaşlıq gecəsi keçirilib

Beynəlxalq Dədə Qorqud Festivalı çərçivəsində Türkiyənin Bayburt şəhərindəki Beşpınarda BEKDER-in təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə “Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə qardaşlıq gecəsi” adlı tədbir keçirilib.

Tədbirin açılışında çıxış edən “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz ölkələrimizin tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında danışıb. O, hər iki ölkənin gənc nəsillərini milli mənəvi dəyərlərimizi qorumağa dəvət edib.

Qənirə Paşayeva çıxışında Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən söz açıb. O, yaxın günlərdə Azərbaycanda “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində Bayburt gecəsinin keçiriləcəyini diqqətə çatdırıb.

Sonra çıxış edən azərbaycanlı alim Abbas Seyidov, BEKDER təşkilatının təmsilçiləri belə tədbirlərin keçirilməsinin önəmindən danışıblar. Tədbirin təşkilatçılarına Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və folkloru ilə bağlı kitablar və hədiyyələr verilib.

Azərbaycan gecəsi konsert proqramı ilə davam edib.

30 İyul 2015

By
@
backtotop