Ukraynada həmyerlimiz nazir müşaviri seçildi

Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti illərində Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Elxan Nuriyev Ukrayna Elm və təhsil nazirinin müşaviri, rektorların attestasiya komissiyasının sədri vəzifəsinə təyin olunub.

Azərbaycan milli-azadlıq hərəkatının fəallarından olan Elxan Nuriyev ali təhsilini Lvovda alıb. Ötən əsrin 80-cı illərinin sonlarında milli-azadlıq hərəkatına qoşulmaq üçün Azərbaycana qayıdıb. I Qarabağ savaşında Qarabağda, Qubadlı bölgəsində ermənilərə qarşı vuruşan könüllülər batalyonunun tərkibində döyüşüb.

1992-ci ildə prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gəncə qiyamından bir müddət sonra yenidən Ukraynaya qayıdıb. Prezident Petro Poroşenkonun imzaladığı sərəncamla iyulun 21-dən Ukrayna elm və təhsil nazirinin müşaviridir (qafqazinfo).

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

23 İyul 2015

By
@
backtotop