Kaliforniyadakı Azərbaycan diasporunun fəalları ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər

ABŞ-ın San-Fransisko və ətraf şəhərlərində yaşayan azərbaycanlı icmanın fəalları ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ) və Pyer Andre (Fransa), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüblər. Yetmiş il əvvəl BMT-nin yaradıldığı San-Fransiskonun məşhur “Fairmont” otelində keçirilən görüşdə icma fəalları Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycan diasporunu narahat edən məqamları həmsədrlərin diqqətinə çatdırıblar.

Qarşılıqlı fikir mübadiləsi formatında təşkil olunmuş görüşdə əvvəlcə həmsədrlər münaqişənin sülh yolu ilə həlli istiqamətində apardıqları fəaliyyət, eləcə də danışıqların mövcud mərhələsi barədə məlumat veriblər. Daha sonra icma fəalları suallar verib, fikirlərini bildiriblər. Qeyd ediblər ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə barışmayacaq. Həmçinin vurğulanıb ki, həmsədrlər öz fəaliyyətlərini gücləndirərək Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını dərhal tərk etməsinə, eyni zamanda, azərbaycanlı məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasına nail olmalıdırlar.

Görüşdə iştirak edən Xocalı soyqırımının şahidi Anar Usubov isə faciə ilə bağlı öz kədərli xatirələrini həmsədrlərin diqqətinə çatdırıb, Ermənistanın işğalçı siyasətindən, azərbaycanlılara qarşı törətdiyi qeyri-insani hərəkətlərdən danışıb. O bildirib ki, bu münaqişə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işlənmiş cinayətlərin ən ağır nümunələrindən olan Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı törədilib.

İcma fəalları, həmçinin Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi, Ermənistanın Azərbaycan ərazilərinin işğalında və həyata keçirdiyi etnik təmizləmədə birbaşa iştirakını təsdiq edən son qərara toxunaraq Minsk qrupunun bundan sonrakı fəaliyyətində bu qərarı nəzərə alacağına ümid etdiklərini bildiriblər.

Yusif Babanlı

AZƏRTAC

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

10 İyul 2015

By
@
backtotop