Azərbaycanın gənc rəssamları Vaşinqtonda keçirilən festivalda qalib olublar

Vaşinqtonda 5-ci Beynəlxalq Uşaq Festivalı keçirilib. Dörd gün davam edən festival Ağ Evin cənubunda yerləşən Prezident parkının Ellips ərazisində keçirilib.

Festivalda Azərbaycanı Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin “Rəngarəng duyğular” rəsm studiyasının üzvləri təmsil ediblər. Azərbaycanlı gənc rəssamların çəkdikləri əsərlərdə ölkəmizin mədəniyyəti, qədim tarixi, adət-ənənələri əks olunub.

“Rəngarəng duyğular” rəsm studiyasının bədii rəhbəri, Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun rəyasət heyətinin və Beynəlxalq Qadın Rəssamlar Assosiasiyasının üzvü Nərminə Vəliyevanın rəhbərliyi ilə çıxış edən Azərbaycan təmsilçiləri festival çərçivəsində “Xalqlar dostluğu” və “Qobustan” kolleksiyalarını təqdim ediblər. Kolleksiyalarda ipək üzərində işlənilən əsərlər və aksessuarlarla gəzən rəsmlər layihəsi nümayiş olunub. Bundan başqa, onlar festival günlərində dörd yeni rəsm əsəri işləyib hazırlayıblar.

Festivalın son günündə keçirilmiş təntənəli qala gecəsində Azərbaycanı təmsil edən və qalib gələn gənc rəssamlarımız İbrahim Rzayevə, Leyla Qurbanovaya, Aydan Əmirzadəyə, Rüfət Əsədliyə, Leyla Babayevaya və Cavid Məmmədliyə diplomlar təqdim olunub. Bundan başqa, uşaqların inkişafına verdiyi töhfəyə və festival zamanı yüksək səviyyəli çıxışa görə Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin “Rəngarəng duyğular” rəsm studiyası diplomla təltif olunub.

Azərtac

06 İyul 2015

By
@
backtotop