Heydər Əliyev Fondu 7 İyul Moskvada iftar verəcək

30 milyona yaxın müsəlmanın yaşadığı Rusiyada Ramazan həyəcanı bu il bir gün erkən başladı. ANS TV-nin məlumatına görə, Moskvanın Zəfər parkında qurulan Ramazan çadırı 10-cu dəfə qapılarını qonaqlara açdı.

Rusiya Müftilər Şurası tərəfindən keçirilən yubiley mərasimində müsəlmanlarla yanaşı xristian və yəhudi icmasının təmsilciləri, Moskva hökuməti rəsmiləri iştirak edirdi.

18 iyun və 17 iyul tarixləri arasında fəaliyyət göstərən çadırda 18 min insana iftar süfrəsi açılacaq. Milli günlərin də keçiriləcəyi Ramazan çadırında müxtəlif proqramlar təşkil ediləcək. Heydər Əliyev Fondu tərəfindən də bu çadırda 7 iyulda iftar veriləcək.

Zəfər parkı məscidinin imamı Şamil Alyautdinov deyir ki, bu il Ramazan çadırında təşkil ediləcək mədəni proqram daha zəngin olacaq. Bölgələr daha çox təmsil olunacaqlar. İmam fikirləşir ki belə gözəl mənəvi atmosferdə insanlar daha çox müsbət enerji alacaqlar. Bundan başqa burda müxtəlif millətlərin nümayəndələrinin iftar süfrəsində bir araya gəlməsi də onların daha çox ünsiyyət qurmaları baxımından faydalı olacaq.

Rusiya Yahudi İcmasının lideri Zinoviy Koqan isə burada Allahın varlığının daha çox hiss olunduğunu bildirdi. Bu isə o deməkdir ki İslam gedərək inkişaf edən böyük bir dindir. Bu bir həyat tərzidir. Bu dinə bağlanan xalq isə yenilməzdir və o da İslam kimi getdikcə güclənir.

Moskva müsəlmanlarını bu il daha bir xoş hadisə gözləyir. Belə ki uzun illərdir inşaatı davam edən Moskva Mərkəzi Məscidinin nəhayət ki bu il, 23 sentyabr tarixində açılış mərasimi baş tutacaq. Açılışda Rusiya prezidenti Vladimir Putinin də iştirakı gözlənilir.

04 İyul 2015

By
@
backtotop