Ankarada Səfirliyimizin dəstəyi ilə Azərbaycn Evi açılıb -FOTO

Azərbaycan  Respublikasının Türkiyədəki  Səfirliyindən Diaspora.az saytına verilən məlumata görə , Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkil etdiyi 6-cı Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində cari ilin 3 iyul tarixində Azərbaycan Gecəsi təşkil olunmuşdur. Azərbaycan Gecəsi münasibətilə sözügedən bələdiyyənin təşkilatçılığı və Səfirliyimizin dəstəyi ilə 6-cı Beynəlxalq Ramazan Şənliklərinin keçirildiyi sahədə ölkəmizə xas olan tarixi, mədəni və incəsənət əsərlərinin nümayiş etdirildiyi Azərbaycan Evinin açılışı da olmuşdur.

Açılışı Keçiören rayon bələdiyyəsinin Sədri Mustafa Ak, Azərbaycan Respublikasının Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Bağırov, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev və AKP millət vəkili Orxan Atalay həyata keçirmişlər.

Azərbaycan Evini ziyarətə gələn çoxsaylı qonaqlara “Heydər Əliyev” və “İlham Əliyev” kitabları ilə yanaşı “İrs-Miras” və “Diplo Atlas” jurnalları və ölkəmizlə bağlı digər materiallar hədiyyə edilmişdir.

Tədbirin açılış nitqini həyata keçirən Keçiören rayon bələdiyyəsinin Sədri Mustafa Akın, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev, Səfir Faiq Bağırov və AKP millət vəkili Orxan Atalay öz ürək sözlərini çoxsaylı qonaqlarla bölüşmüşlər. Daha sonra natiqlər həyata keçirdikləri qısa nitqlərin ardından qarşılıqlı olaraq xatirə plaketləri təqdim etmişlər.

Tədbir, ölkəmizdən Azərbaycan Gecəsində iştirak etmək üçün gələn muğam qrupunun bir birindən gözəl əsərlər səsləndirməsi ilə başa çatmışdır.

DSC03682

DSC03904

DSC03856

04 İyul 2015

By
@
backtotop