Rusiyada Avropa Oyunlarına həsr edilən dostluq bayramı keçirilib

Çelyabinsk Şəhər Administrasiyası yanında Xalq Birliyi Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilən “Mədəniyyətlərin dialoqu: Çelyabinsk-Bakı” adlı xalqlar dostluğu bayramı keçirilib.

Tədbirin təşkilatçıları Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) və Ümumrusiya Azərbaycanlılar Konqresinin Çelyabinsk regional bölmələri, “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzi, Rus Mədəniyyət Mərkəzi və Çelyabinsk Şəhər Administrasiyası yanında Xalq Birliyi Mərkəzi olub.

İlk Avropa Oyunlarının taekvondo üzrə yarışlarından qızıl medalla qayıdan Anastasiya Barışnikova bayram tədbirində xalqlar dostluğunun özünəməxsus rəmzi olub. Oyunlar zamanı olan səmimi ab-havadan danışan idmançı deyib: “Mən buraya gələndə dərhal Bakıda necə qarşılanmağımızı xatırladım: atributlar, rəmzlər hamısı gözəl bayramdan xəbər verir. Sənin udmağın və ya uduzmağın vacib deyil. Yalnız idman meydançasında rəqabət var, həyatda isə biz hamı ilə dostluq edirik. Bakı mənim üçün uğurlu şəhərdir, mən orada artıq beşinci dəfə oldum və hər dəfə də medalla qayıdıram”.

Bakıda birinci Avropa Oyunlarının ən qızğın vaxtında artıq qızıl medalla ölkəsinə dönmüş idmançını Çelyabinskdə bayram tədbirində qarsalayıblar. “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Rafael Quliyev Anastasiya Barışnikovanı qələbə münasibətilə təbrik edib, ona xatirə hədiyyələri təqdim edib. “Biz tarixi vətənimizdən uzaqda yaşasaq da, Bakının idman meydançalarından olan xəbərləri diqqətlə izləyirik. Rusiya Federasiyası Prezidenti Vladimir Putinin ilk Avropa Oyunlarının açılış mərasimində iştirakı və yarışlarda Rusiya idmançılarının çoxsaylı komandalarının iştirak enməsi qarşılıqlı münasibətlərin yüksək səviyyəsini göstərir, Rusiya və Azərbaycan xalqları arasında qarşılıqlı zənginləşməyə kömək edir”, – deyə Rəfail Quliyev bildirib.

RAGB-nin Çelyabinsk bölməsinin sədri İlkin Musayev Anastasiya Barışnikovanı təbrik edərək deyib: “Biz Bakıda keçirilən Avropa Oyunlarında həm Rusiya, həm də Azərbaycan idmançılarını dəstəkləyirik, onların hər qələbəsinə sevinirik, həmrəy olduğumuzu idmançılar və fəal insanlar vasitəsilə göstərmək istəyirik. Biz hamımız istəyirik ki, idman və mədəniyyətlər dialoqu vasitəsilə xalqlarımız bir-birini daha da zənginləşdirsin və digər irimiqyaslı layihələrdə dəstəkləsin”.

Bayram tədbiri əyləncəli proqramla davam edib. RAGB-nin Çelyabinsk bölməsinin fəalları “AMOR” jurnallarının kolleksiyasını təqdim ediblər. Nəşrin Avropa Oyunlarına həsr edilən nömrələri xüsusi maraq doğurub.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

27 İyun 2015

By
@
backtotop