Türkiyədə Azərbaycan Respublikası Silahlı Qüvvələr günü ilə bağlı rəsmi qəbul keçirilmişdir

26 iyun tarixində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfiliyində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü münasibətilə geniştərkibli rəsmi qəbul həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Diaspora.az saytına verdiyi məlumata görə tədbirdə Türkiyə Respublikasının Müdafiə Naziri İsmət Yılmaz, Türkiyə Respublikası Baş Qərargahının rəisinin müavini Yaşar Gülər və Türkiyə Respublikasının Hava Qüvvələri Komandanı Ordu Generalı Akın Öztürk başda olmaqla Türkiyə Respublikası silahlı Qüvvələrinin 41 generalı, çox sayda millət vəkili, tanınmış ictimai-siyasi xadimlər, elm və incəsənət xadimləri, diaspor nümayəndələrimiz, TR Xarici İşlər Nazirliyi başda olmaqla ölkənin çox sayda rəsmi qurumlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Türkiyənin bir neçə sabiq Səfirləri və çox sayda KİV nümayəndələri iştirak etmişlər.

Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsinin ardından açıq elan edilmişdir.

Ardından Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Hərbi Attaşesi Polkovnik İlyas İbrahimov çıxış edərək qonaqları salamlamış, ölkəmizdə ordu quruculuğunun tarixindən söz açmış, Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkəmizin ordu quruculuğu prosesində yeni bir mərhələyə qədəm qoyduğunu, bu siyasətin Azərbaycan Respublikası Prezidenti Ali Baş komandan möhtərəm İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan ordusu regionun ən qüdrətli ordularından birinə çevrildiyini diqqətə çatdıraraq, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı birmənalı və qətiyyətli mövqeyimiz haqqında qonaqları ətraflı şəkildə məlumatlandırmışdır.

Daha sonra söz, Türkiyə Respublikasının Müdafiə Naziri İsmət Yılmaza verilmişdir. Türk rəsmisi öz çıxışında Azərbaycanın Türkiyənin Qafqazdakı strateji müttəfiqi olduğunu qeyd edərək, hərbi sahədəki mövcud əməkdaşlığın

iki ölkə arasındakı əlaqələrdə xüsusi yer tutmaqla yanaşı, regionda sülh və sabitlik üçün mühüm amilə çevrildiyini vurğulamışdır.

Ardından Azərbaycan musiqiləri sədası altında qonaqlara ziyafət verilmişdir.

Qeyd etmək istərdik ki, Türkiyə Respublikası prezidentinin baş katibi Fahri Kasırga, İnkişaf naziri Cəvdət Yılmaz və Ədalət və İnkişaf Partiyasının millət vəkili Nəcdət Ünüvarın tədbirə ünvanladıqları mesajları oxunmuşdur.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

27 İyun 2015

By
@
backtotop