Ümumrusiya Azərbaycanlıları Konqresi üç əlamətdar hadisəni qeyd edib

Rusiya Federasiyasının Ulyanovsk şəhərində, ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda üç əlamətdar hadisə eyni vaxtda qeyd olunub. Ərazidə abadlıq-quruculuq işləri aparan Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk nümayəndəliyinin əməkdaşları Azərbaycan xalqının Milli Qurtuluş Gününü, birinci Avropa Oyunlarının açılışını və Rusiya Gününü qeyd ediblər.

Tədbirdə çıxış edən Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk nümayəndəliyinin rəhbəri İslam Hüseynov Rusiya Günü münasibətilə Rusiya xalqını və Ulyanovsk əhalisini təbrik edib. O, Rusiyanın bir çox xalqların mehriban yaşadığı bir ölkə olduğunu vurğulayıb.

İ.Hüseynov Azərbaycan xalqının Milli Qurtuluş Günü və birinci Avropa Oyunlarından geniş bəhs edib. Bildirib ki, Azərbaycan güclü, açıq, böyük potensiala malik bir ölkə olduğunu növbəti dəfə sübut etdi. O, son illərdə ölkəmizdə qlobal miqyaslı bir sıra tədbirlərin keçirilməsini Azərbaycanın uğuru, siyasi arenada qazandığı nüfuzun nəticəsi kimi qiymətləndirib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk nümayəndəliyinin üzvləri ulu öndər Heydər Əliyevin adını daşıyan meydanda yaşıllaşdırma, abadlıq işləri çərçivəsində ərazidə 50-dək ağac əkiblər.

17 İyun 2015

By
@
backtotop