“Bakı-2015″ ilk Avropa Oyunlarına saatlar qaldı

Son durum, hazırlıqlar… hamı və hər kəs hazırdır

“Bakı-2015″ ilk Avropa Oyunlarının başlanmasına  bir neçə saat qalıb. Paytaxtdakı yolların durumundan, hazırlıqlardan hiss olunur ki, yarışla bağlı son tamamlama işləri də yekunlaşıb.
Bəs son durum nədən ibarətdir? Yarışın Təşkilat Komitəsindən verilən məlumata görə, bu günə kimi 34 yığmanın ilk nümayəndə heyəti Bakıya gəlib. Bunlar arasında ən geniş heyət Rusiyaya aiddir. Şimal qonşularımız  iştirakçı ölkələr arasında ilk pillədə yer alır.Rusiyanın 50 regionundan – Moskva (97 nəfər), Moskva vilayəti (38 nəfər), Sankt-Peterburq (33 nəfər), Tatarıstan (17 nəfər), Krasnodar diyarı (16 nəfər) və digər bölgələrdən 359 atlet komandanın tərkibindədir.
Müsavat.com saytı məlumat verir ki , onların arasında 7 olimpiya və 34 dünya çempionu var. Rusiyalı idmançılar yüngül atletikadan başqa bütün idman növləri üzrə yarışlarda iştirak edəcəklər.
Türkiyə isə “Bakı-2015″ə 20 idman növü üzrə ümumilikdə 153 idmançı ilə qatılacaq. Qardaş ölkə atletika üzrə 1, atıcılıq 4, basketbol 8, bədii gimnastika 4, boks 13, qılıncoynatma 3, stolüstü tennis 2, sambo 1, üzgücülük 10, veloyarış 6, güləş 24, karate 11, oxatma 2, çimərlik voleybolu 4, triatlion 3, cüdo 2, sinxron su polosu 13, voleybol 24, üzgücülük 12, kanoedə üzrə isə 6 nəfərlə təmsil olunacaq.
Böyük Britaniya da  Avropa Oyunrına Olimpiya mükafatçıları da daxil olmaqla 158 idmançı ilə gəlir. Onlar suyatullanma, üzgüçülük, su polosu, kamandan oxatma, çimərlik voleybolu, avarçəkmə, qılıncoynatma, cüdo və bir sıra başqa növlərdə starta çıxacaqlar. Almaniya isə Azərbaycana mötəbər komanda – 266 idmançı göndərib.  Almanlar Bakıda Avropa Oyunları proqramına daxil olan 20 növdən 16-da çıxış edəcəklər. Avropa Oyunrına ən az idmançı ilə qatılan  ölkələr  isə Lixtenşteyn (10) və Monakodur (6).
“Bakı-2015″də mübarizə aparacaq 6000 atletdən 150-si Olimpiya mükafatçısdır. Onlar arasında olimpiadanın qalibləri üstünlük təşkil edir. Belə ki, 150 Olimpiya mükafatçısından 59-u çempionlardır.
Qitənin ən böyük idman yarışının iştirakçıları 13  yaşayış binasından, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dördotaqlı 1042 mənzildən ibarət Atletlər kəndində yaşayacaqlar. “Evdən kənar ev”  rolunu oyna bu möhtəşəm kəndin hər mənzili  2, 4 və 6 yataq otağından ibarətdir. Burada ümumilikdə 7499 atlet və rəsmi şəxs yerləşə biləcək. Atletlər kəndində idmançılar və komanda rəsmiləri üçün təhlükəsiz, rahat yaşayış şəraiti yaradılıb.
Atletlər kəndinin mədəniyyət və turizm mərkəzində isə sərgi təşkil olunacaq. Burada ölkəmizin müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri, o cümlədən xalça, geyim və məişət əşyalarının nümayişi və satışı təşkil ediləcək. “Best of Azerbaijan” adlanan yeməkxanasında isə ölkəmizin zəngin mətbəxinə aid təamlar təklif olunacaq və bu xidmətdən eyni vaxtda 450 idmançı istifadə edəcək. Atletlər kəndində əsas diqqət yetirilən məsələlərdən biri də yarışlar zamanı idmançılara və məşqçilərə, qonaqlara, ümumiyyətlə ehtiyacı olan hər kəsə yüksək tibbi xidmət göstərməkdir. Bu məqsədlə də burada xüsusi poliklinika fəaliyyət göstərəcək. Burada müxtəlif təyinatlı otaqlar, o cümlədən qeydiyyat, müalicə, stomatoloji, oftalmoloji, laboratoriya, rentgen, fizioterapiya və s. xidmət sahələri var. Poliklinika ən zəruri avadanlıqlarla təchiz olunub. Bu səhiyyə mərkəzi hər gün səhər saat 8-dən axşam saat 20-dək fəaliyyət göstərəcək və günün 24 saatı təcili yardım xidməti olacaq. Dopinq nəzarəti mərkəzi də poliklinika ilə yanaşı yerləşir.
Atletlər kəndi Oyunların keçiriləcəyi əsas idman komplekslərinə – Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə nəqliyyatın gediş-gəlişinin rahat olduğu bir ərazidə yerləşir.
İyunun 12-də start götürəcək I Avropa ölkələrində iştirak edəcək ölkələrin adları və onları təmsil edən idmançıların sayı açıqlanıb. Beləliklə, aşağıdakı ölkələrdən göstərilən sayda idmançı I Avropa oyunlarında iştirak edəcək.
1.Azərbaycan – 291 atlet
2. Rusiya -359
3. İtaliya – 291
4. Almaniya -266
5. Fransa – 251
6. Ukrayna – 243
7. İspaniya – 215
8. Polşa – 212
9. Macarıstan – 200
10. Türkiyə – 191
11. Slovakiya – 179
12. İngiltərə – 158
13. Belarus – 150
14. Rumıniya – 146
15. Avstriya – 145
16. İsrail – 141
17. Yunanıstan – 138
18. Serbiya – 133
19. Çexiya – 130
20. İsveçrə – 130
21. Bolqarıstan – 127
22. Hollandiya – 120
23. Belçika – 117
24. Xorvatiya – 109
25. Finlandiya – 106
26. Gürcüstan – 105
27. Portuqaliya – 100
28. Moldova – 86
29. Sloveniya – 83
30. İsveç – 76
31. Litva – 71
32. Latviya – 67
33. Dnimarka – 65
34. İrlandiya – 63
35. Malta – 61
36. Lüksemburq – 61
37. Estoniya – 59
38. Norveç – 58
39. B.Hersoqovina – 56
40. Monteneqro – 55
41. Makedoniya – 45
42. Andorra – 31
43. Albaniya – 28
44. Ermənistan – 25
45. Kipr – 23
46. San-Marino – 20
47. İslandiya – 19
48. Kosovo – 18
49. Lixtenşteyn – 10
50. Monako – 6
 
İlk Avropa Oyunlarının Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasimi üçün bütün biletlər satılıb. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) AzVision.az-a bildirilib ki, biletsiz insanlar da sehirli şoudan zövq almaq imkanına malik olacaq. Belə ki, Açılış Mərasimi 12 iyun tarixində saat 9-dan etibarən Baku2015.com saytından canlı olaraq yayımlanacaq.
Açılış Mərasimi ilə bağlı eksklüziv görüntülər sosial şəbəkələrdən paylaşılacaq. Hazırda idman yarışları üçün bilet satışları çox sürətlə satılır. 
Bakı 2015 idman yarışları üçün bilet almaq istəyənlər www.baku2015.com/tickets-də müraciət edə bilərlər. Bununla yanaşı, bilet köşklərindən də bilet almaq mümkündür.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

12 İyun 2015

By
@
backtotop