Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə I Avropa oyunlarına həsr olunan flaşmob keçirilib – FOTO

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda keçiləcək I Avropa oyunlarına həsr olunan flaşmob keçirilib. Flaşmob paytaxtın M. Qorki adına Mərkəzi Mədəniyyətlər Parkında baş tutub.
RAGB fəalları suvenir və xatirə hədiyyələrini, şar, qolbağ, üzərində “Bakı-2015” loqotipi olan gödəkcə, qələm və broşürları parkda istirahət edən paytaxt sakinlərinə paylayıblar. Onlar moskvalılara Bakıda tikilən olimpiya obyektləri,  bütün Azərbaycanı diyar-diyar gəzən Avropa oyunları məşəli haqqında məlumat veriblər.
RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev APA-ya açıqlamasında bildirib ki, Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları Bakıda keçiriləcək möhtəşəm idman bayramının təbliği istiqamətində bu günə kimi bir sıra tədbirlər həyata keçirib: “Leyla Əliyevanın təşəbbüsü ilə “Bakı-2015”-ə həsr olunan Universiyada təşkil etdik. Moskvanın nüfuzlu ali məktəblərinin tələbələri bu universyiadada iştirak etdilər. Bu gün keçirilən flaşmob da “Bakı-2015″-ə dəstək layihəsi çərçivəsində baş tutub”.gDeG60955QXi jlziuZ2dM1Vm l2z5KLLKA1XF M5SR5x5zHn7m ZQCi5A0lOno3

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

09 İyun 2015

By
@
backtotop