Ukraynanı birinci Avropa Oyunlarında təmsil edəcək azərbaycanlı idmançı ilə görüş keçirilib – FOTO

Ukraynanı “Bakı-2015” birinci Avropa Oyunlarında təmsil edəcək idmançılar arasında bu ölkədəki Azərbaycan diasporunun fəal nümayəndələrindən olan Fyodor Xaşalov da var. Əslən Zaqatala rayonundan olan, hazırda İvano-Frankovsk şəhərində yaşayan Fyodor Xaşalov iki dəfə Avropa, bir dəfə dünya çempionu olub.

Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Ukrayna Millətlər Assambleyasının Azərbaycan diasporu ilə birgə İvano-Frankovskda keçirdiyi görüşdə Fyodor Xaşalov da iştirak edib. Ukraynanı dəfələrlə beynəlxalq yarışlarda təmsil etmiş Fyodor Xaşalov hazırda İvano-Frankovskda məşqçi kimi çalışır.

“Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunmuş tədbirdə, həmçinin BUAK-ın İvano-Frankovsk vilayəti üzrə sədri Mətləb Nəcəfov, təşkilatın Zakarpatye üzrə rəhbəri Zakir Göyüşov və qurumun Lvov vilayəti üzrə regional rəhbəri Teymur Məmmədov, o cümlədən yerli dövlət qurumlarının nümayəndələri də qatılıb.

Əvvəlcə “Bakı-2015” birinci Avropa Oyunları, Azərbaycanın bu mötəbər idman yarışına hazırlığına dair təqdimatlar nümayiş etdirilib.

Tədbirdə bildirilib ki, Fyodor Xaşalov bodibildinq üzrə yarışlarda gücünü sınayacaq. İlk Avropa Oyunlarında idmanın bu növü üzrə sınaq yarışlarının keçirilməsi nəzərdə tutulur.

Sonra Azərbaycanın xalq mahnılarından ibarət festival keçirilib. Tədbirdə Ukraynanın 20-dək xalq və əməkdar artisti iştirak edib.14334362794079727026_750x500 14334362795434964026_750x500 14334362795523335220_750x500 1433436279563068581_750x500 14334362791460154929_750x500

05 İyun 2015

By
@
backtotop