İngiltərə mətbuatı Avropa Oyunlarından yazdı

Diaspor Jurnalistləri Birliyi İlk Avropa Oyunlarının xarici KİV-lərdə təbliğini davam etdirir. DJB təmsilçiləri Fuad Hüseynzdə və Rəşad Bədirlinin  həmmüəllifliyi ilə Ingiltərəbin bir neçə saytı və İngiltərənin Kipr üçün nəzərdə tutulan “cyprusscene.com” saytında “Azərbaycanda ilk Avropa Oyunlarının sevinci ” başlıqlı yazı verilib. Saytda həmçinin “Bakı-2015”lə bağlı iki videoçarx yerləşdirilib. Məqalədə vurğulanır ki, Böyük Britaniyanın 153 idmançısı 13 fərqli idman növündə “Bakı-2015” Avropa Oyunlarında mübarizə aparacaqlar. DJB təmsilciləri bildirir ki, Ingiltərədə bir neçə çox izləyicisi olan feysbuk qruplarında da Baku2015 ilə bağlı paylaşımlar gerçəkləşib.

Yazıda I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin böyük nailiyyət olduğu bildirilir: “Bu qərara imza atanlar yanılmayıblar. Çünki sürətlə gedən iqtisadi inkişaf, həyatın bütün sahələri ilə yanaşı, idman sahəsində də güclü maddi-texniki bazanın yaradılmasına, eləcə də beynəlxalq yarışlarda, dünya çempionatlarında qələbələr qazanmaqda Azərbaycan idmançıları üçün güclü stimulun yaranmasına səbəb olub”.

Məqalədə ilk Avropa Oyunlarına hazırlıq işlərindən danışılır, Oyunlarının keçiriləcəyi idman qurğularının dünya standartlarına cavab verdiyi qeyd olunur: “İlk Avropa Oyunları üçün Bakıda Qafqazda 65 000 tutumlu ən böyük Olimpiya stadionu tikilib. Azərbaycan özünə güvənir və bu idman yarışına dostluq, birlik tədbiri kimi yanaşır. Məhz buna görədir ki, Azərbaycan ev sahibi olaraq I Avropa Oyunlarına qatılacaq hər bir idmançının maliyyə xərclərini öz üzərinə götürüb”.

Yazıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Almaniyanın Kann şəhərində “Bakı-Avropa Oyunları – 2015″in təntənəli təqdimatı zamanı çıxışından sitat verilib: “Bu vaxta qədər Avropa oyunları heç zaman keçirilməyib və belə oyunları tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışmaları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana dəstək, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

Yazıda Azərbaycanın bütün bölgələrində, ən çox da paytaxtda və onun rayonlarında I Avropa Oyunlarının həyəcan və coşqunun artdığı bildirilir. Həmçinin yazıda bu istiqamətdə ilk olaraq Bakının Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinin keçirildiyi qeyd olunur: “Layihənin həyata keçirilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı sərəncam imzalayıb. Artıq layihə çərçivəsində müxtəlif kütləvi tədbirlər həyata keçirilib. Əhali arasında maariflənmə aksiyaları, müsabiqələr təşkil olunub, yeni parklar açılıb, sosial çarxlar hazırlanıb. Maraqlıdır ki, hər bir rayon sakini bu ictimai faydalı işə öz töhfəsini verməyə çalışır”.

Yazıda aprelin 26-da Prezident İlham Əliyevin Atəşgahda “Bakı-2015” ilk Avropa Oyunları məşəlini alovlandırması mərasimi haqqında da məlumat verilir. Məqalə ilə aşağıdakı linkə daxil olaraq tanış olmaq olar.

http://cyprusscene.com/2015/04/29/the-delight-of-the-1st-european-games-in-azerbaijan/

Bu slaydşou üçün JavaScript lazımdır.

05 İyun 2015

By
@
backtotop