Türkiyədə “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”nın təqdimatı keçirilib -FOTO

Tanınmış tədqiqatçı alim tarix elmləri doktoru Nəsiman Yaqublunun Diaspora.az saytına verdiyi məlumata görə Türkiyədə “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” nəşr edilib.(Qeyd edək ki, bu ensiklopediya bundan əvvəl Bakıda və Moskvada da Azərbaycan və rus dillərində nəşr edilmişdi).”Azərbaycan Kültür Dərnəyi” Yayınları olaraq (Yayın sayısı-59) bu kitab Ankaradakı “Nərgiz” mətbəəsində nəşr edilib.Kitabı Türkiyə türkçəsinə Tuncər Kirhan, Nəsrin Ünal və Səlcuq Önal çevirmişlər.İki minə yaxın tirajla nəşr edilən bu kitabın Ankaradakı “Sürməli” otelin böyük zalında təqdimatı keçirilib.Giriş sözü olaraq “Azərbaycan Kültür Dərnəyi”nin Başqanı Cəmil Ünal bəy çıxış edib ensiklopediyanın əhəmiyyətindən və Türkiyə mühiti üçün önəmli məqamlarından danışıb.Sonra çıxış edən müəllif N.Yaqublu ensiklopediyanın nəşrinə verdiyi dəstəyə görə “Azərbaycan Kültür Dərnəyi”nə, eləcə də bu kitabın nəşrində əməyi keçən hər bir kəsə dərin təşəkkürlərini bildirib.

Tədbirdə Türkiyənin keçmiş Səhiyyə Naziri Enis Öksüz,M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə,Bakı Dövlət Universitetinin professorları Almaz Məmmədova və Nüşabə Məmmədova iştirak etmişlər.

nesiman

IMG_6455
resulzade kapak 1

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

03 İyun 2015

By
@
backtotop