İstanbulda Azərbaycanlı rəssamın sərgisi keçirilib

22:33 | 30 Dekabr, 2021

İstanbulda UNESCO-nun nəznində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvü, Azərbaycanlı rəssam Nərminə Nəcəfovanın sərgisi keçirilib.

“Report”un məlumatına görə, sərgidə rəssamın 34 rəsm əsəri nümayiş olunub.

Sərgidə iştirak edən Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbulun Yeditəpə Universitetinin professoru, rəssam Rafiq Əziz Nərminə Nəcəfovaya UNESCO-nun nəznində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvlük vəsiqəsini təqdim edib.

Qeyd edək ki, tədbir zamanı daha çox təbiət mövzusunda rəsm əsərləri nümayiş olunub.