Milli Məclis Azərbaycanla Qətər arasında viza rejiminin ləğv olunmasını təsdiqləyib

22:32 | 30 Dekabr, 2021

Azərbaycanla Qətər arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır.

“Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə olunub.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.