Azərbaycan və Rusiya baş nazirləri MDB çərçivəsində əməkdaşlığı müzakirə ediblər

21:24 | 29 Dekabr, 2021

Azərbaycan və Rusiya baş nazirləri Əli Əsədov ilə Mixail Mişustin arasında telefon söhbətində iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq məsələləri müzakirə olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, Rusiya Nazirlər Kabinetinin verdiyi açıqlamaya görə, əsas diqqəti əhalinin koronavirusa qarşı peyvəndlənməsinə yönəldən iki hökumət başçısı müxtəlif sahələrə aid birgə layihələrin icrası, MDB çərçivəsində inteqrasiya kimi məsələləri gündəmə gətiriblər.

Söhbət zamanı Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası, nəqliyyat blokadasının açılması istiqamətində Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun fəaliyyətinin də mühüm əhəmiyyət daşıdığı vurğulanıb.