Texas ştatında Azərbaycanla bağlı tədbir keçirlib

Texas Senatı və Nümayəndələr Palatası yerləşən binada Texas qubernatoru müavininin rəsmi ziyafətlər zalında Azərbaycanın Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Azərbaycanın ABŞ-dakı Sefirliyindən Diaspora.az saytına verilən məlumata görə Ziyafət Texas ştatı senator və nümayəndələr palatasının üzvləri və “Azərbaycanın Dostları Assambleyasının” (AFAZ) təşəbbüsü ilə təşkil olunmuşdur. Tədbirdə Texas ştatı Senatı və Nümayəndələr palatasının üzvləri, onların ofisinin təmsilçiləri, həmçinin “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının (Houston-Baku Sister City Association) prezidenti İradə Axundova və Amerikada yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak etmişdir.

Tədbir zamanı çıxış edən Texas qanunvericiləri 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikasının ilk şərq demokratiyası olduğunu və ölkəmizin o dövrün bir çox müasir demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanındığını qeyd etmişlər. Azərbaycanın bu gün də ABŞ üçün önəmi xüsusilə qeyd edilərək iki ölkə arasında mövcud olan strateji xarakterli münasibətlər, bir çox sahələrdə uğurlu əməkdaşlıq vurğulanmışdır.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının ABŞ-da Səfirliyinin müşaviri Məmməd Talıbov çıxış edərək Azərbaycanın ən önəmli milli bayramının yüksək səviyyədə keçirilməsinə imkanın yaradılması üçün Texas millət vəkillərinə təşəkkürünü bildirmiş, Azərbaycanda son illərdə əldə olunmuş nailiyyətlər və bütün sahələrdə gözəçarpan inkişaf barədə məlumatı qonaqların diqqətinə çatdırmışdır.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

30 May 2015

By
@
backtotop