Azərbaycan UNESCO-nun irs siyahısına salınması üçün müraciət edəcəyi sahələri açıqlayıb

21:56 | 28 Dekabr, 2021

Azərbaycan “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na salınması üçün müraciət edəcəyi sahələri açıqlayıb

“Report” xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, gələn il UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na salınması məqsədilə bir neçə maddi-mədəniyyət nümunələri üzrə müraciət ediləcək: “Bunlar “İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Sədəf sənəti”, “Pəhləvan, ənənəvi zorxana oyunları və idman növləri”, “Molla Nəsrəddin lətifələri”, “Çay mədəniyyəti”, “Balaban sənətkarlığı və ifaçılıq sənətləridir”.