Nyu-Yorkda birinci ABŞ-Azərbaycan bank və maliyyə forumu keçirilib

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Nyu-Yorkda yerləşən məşhur Harvard Klubunda birinci ABŞ-AzərbaycanBANK və maliyyə forumu keçirilib.

Diaspora.az saytı məlumat verir ki , forumda hər iki tərəfdən hökumət rəsmiləri, maliyyə sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri və tanınmış mütəxəssislər, eləcə də xarici ölkələrin Nyu-Yorkda fəaliyyət göstərən diplomatik missiya və media təmsilçiləri iştirak ediblər.
Ümumilikdə tədbirə 150-dən çox iştirakçı qatılıb. Bu formata ilk dəfə təşkil edilən forum AzərbaycanınBANK və maliyyə perspektivləri, Cənubi Qafqaz regionunda maliyyə dinamikası və onun bank sektoruna təsiri və ABŞ-Azərbaycan arasında investisiya və ticarət tərəfdaşlığı üçün yeni imkanlar adlı üç sessiyadan ibarət olub.
Dünyanın əsas maliyyə mərkəzi olan Nyu-Yorkda böyük maraqla qarşılanan forumun sessiyalarına “Bloomberg L.P.”, “Reuters” və “Maroon Capital Group” kimi məşhur media şirkətlərinin aparıcı redaktor və müxbirləri moderatorluq ediblər.
Forumun açılışında ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova və həmsədri Bill Delahant təmsil etdikləri qurumun fəaliyyəti barədə məlumat veiblər. S.Sadıqova Azərbaycan banklarının ölkənin neft və qaz sahəsində oynadığı mühüm roldan və iqtisadiyyatın diversifikasiyasına verə biləcəyi töhfədən bəhs edib.
Bildirilib ki, tədbirin əsas məqsədi ABŞ-ın maliyyə institutlarını Azərbaycanın bank-maliyyə sektoru və bu sahədə mövcud investisiya imkanları ilə tanış etmək, qarşılıqlı investisiya imkanlarını təşviq etməkdir.
Ölkəmizin iqtisadi inkişafı və əldə edilmiş nailiyyətlər barədə məlumat verən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov zəngin təbii ehtiyatlara malik Azərbaycanın regionun aparıcı ölkəsinə çevrildiyini söyləyib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq, ölkə iqtisadiyyatı son 5 ildə iki dəfə artıb, 2014-cü ildə ümumi daxili məhsul təqribən 75 milyardDOLLAR təşkil edib, ölkə iqtisadiyyatına 150 milyard dollardan çox sərmayə yatırılıb. Avropa və Asiya arasında strateji coğrafi məkanda yerləşən Azərbaycan regionda mühüm layihələrin həyata keçirilməsində və iqtisadi inkişafında əsas rol oynayır.
Cənubi Qafqaz regionunun ümumi daxili məhsulun 70 faizindən çoxu Azərbaycanın payına düşür. Azərbaycan Xəzərin enerji ehtiyatlarını xarici şirkətlər, o cümlədən ABŞ şirkətləri üçün açan ilk region ölkəsidir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas və etibarlı tərəfdaşa çevrilib.
Azərbaycan, həmçinin Cənubi Qafqazda ilk peykin orbitə buraxılması istiqamətində ABŞ şirkətləri ilə sıx əməkdaşlıq edib, MDB məkanında “Boeing” şirkətinə məxsus “787 Dreamliner” təyyarəsini alan ilk ölkədir.
Ölkəmiz nəqliyyat sahəsində böyük infrastruktur layihələri həyata keçirməklə regionun ticarət-tranzit imkanlarının genişləndirməsinə mühüm töhfələr verir. Səfir Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet olduğunu, bu sahəyə birbaşa xarici investisiyaların cəlb olunması üçün əlverişliBIZNES mühitinin və qanunvericilik bazasının yaradıldığı qeyd edib.
ABŞ ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə köməkçisinin müavini Maykl Lalli ölkəsinin regionla ticarət və investisiya əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanda işlədiyi müddətdə böyük inkişafın şahidi olduğunu deyən M.Lalli bildirib ki, ABŞ şirkətləri yalnız məhsullarını bu regiona satmaqla kifayətlənməməli, eyni zamanda regionda iri layihələrin reallaşdırılması imkanlarını nəzərdən keçirməlidir.
Bu layihələr təkcə enerji sahəsini deyil, həmçinin kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat-tranzit, səhiyyə, infrastruktur və digər sahələri əhatə etməlidir. Xüsusən ABŞ-ın regiona daha yaxından bələd olan Türkiyə və Rusiyada fəaliyyət göstərən şirkətləri tərəfindən sərmayə yatırımları təşviq edilə bilər. M.Lalli tərəflər arasında qeyri-neft sektorunda mövcud uğurlu əməkdaşlığın nümunəsi kimi “Azerspace-1” peykinin dizaynı, tikintisi və sərmayə qoyuluşunu misal göstərib.
“PaşaBANK”ın idarə heyətinin sədri Fərid Axundov forumun təşkilinin bank tərəfindən dəstəkləndiyini bildirərək onun iki ölkə bankları arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılmasına, ABŞ-ın bütövlükdə regionla iqtisadi münasibətlərinin genişləndirilməsinə yardım edəcək platformaya çevrilə biləcəyini deyib. F.Axundov “Paşa Bank”ın fəaliyyəti haqqında məlumat verərək onun Azərbaycanın ən böyük özəl banklarından biri olduğunu və ölkənin qeyri-neft sektorunun maliyyələşdirilməsində aparıcı rol oyandığını diqqətə çatdırıb.
“The Carlyle Group”un həmtəsisçisi Devid Rubinşteyn şirkətin inkişaf etməkdə olan bazarlarda aktivlərin idarə olunması sahəsindəki təcrübəsindən danışaraq, sürətlə inkişaf edən Azərbaycanda özəl kapitala sərmayə qoyuluşlarının cəlbedici göründüyünü bildirib.
Qeyd edilib ki, bu gün dünyanın maliyyə bazarlarındakı ümumi vəziyyət kifayət qədər mürəkkəbdir, suveren borc problemləri yaşanır və bu amillər ölkələrin valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan faiz gəlirlərinin azalmasına gətirib çıxarır. Dünyada tanınmış iqtisadçılardan olan D.Rubinşteyn Azərbaycanın regionda daha cəlbedici maliyyə sektoruna malik olduğunu vurğulayıb.
“Citigroup”un vitse-prezidenti Zubaid Əhməd bildirib ki, şirkət regionla, xüsusən ölkəmizlə bağlı bəzi layihələrin maliyyələşdirilməsi sahəsində yerli banklarla 22 ilə yaxındır əməkdaşlıq edir. Bundan başqa, “Citigroup” tərəfindən bu əməkdaşlıq əlaqələri beynəlxalq və regional maliyyə institutları, o cümlədən Dünya Bankı, İslam İnkişaf Bankı vasitəsilə də həyata keçirilir. Kiçik və orta sahibkarlığın inkişafında maliyyə resurslarına çıxış imkanının vacibliyini nəzərə alaraq, Azərbaycanda bu sahəyə xarici kapital qoyuluşunun təşviq olunması üçün yerli banklarla tərəfdaşlıq vacibdir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ABŞ-dakı nümayəndəsi Rauf Məmmədov, Azərbaycan Beynəlxalq Bankının Nyu-Yorkdakı nümayəndəsi Faiq Məmmədov, “AccessBank”ın sədr müavini Şakir Rəhimov tədbirin ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcəyini söyləyiblər.
Forum çərçivəsində aparılan müzakirələrdə “BNY Mellon” korporasiyasının vitse-prezidenti Brayan Ruane, “Finca International” şirkətinin prezidenti Rupert Skofild, Dünya Bankının baş meneceri Kristian Malder, “Dentons” şirkətinin nümayəndəsi Ceyms Hoqan, bp şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Qreq Saunders çıxış ediblər. Çıxışlarda dünyanın əsas maliyyə və ticarət mərkəzi sayılan Nyu-York şəhərində belə bir tədbirin təşkili Azərbaycanın maliyyə potensialının nümayiş etdirilməsi, əlavə kapital axının cəlb olunmasının təşviqi ilə yanaşı, işgüzar dairələr arasında ölkəmiz haqqında müsbət imicin formalaşdırılması baxımından mühüm hadisə kimi qiymətləndirilib.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

30 May 2015

By
@
backtotop