28 May Respublika Günü ilə bağlı Ankaradakı səfirliyimizdə tədbir keçirilib -FOTO

Azərbaycanın Respublikasinin Türkiyə Cümhurriyyətindəki Səfirliyindən Diaspora.az saytına verilən məlumata görə  28 may tarixində Səfirlik tərəfindən Ankarada J.W. Marriott Mehmanxanasında 28 May Respublika Günü münasibətilə geniş tərkibli rəsmi qəbul təşkil edilmişdir.

Tədbirdə, Türkiyə Respublikası Baş Nazirinin müavini Yalçın Akdoğan, Türkiyə Böyük Millət Məclisinin Sabiq Sədrləri İsmet Sezqin və Hikmət Çətin, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı ordu generalı Abdulla Atay ilə yanaşı 27 general, millət vəkili Sinan Oğan, müxtəlif siyasi partiyaların təmsilçiləri, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, çox sayda QHT-lərin rəhbərləri və nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak etmişlər. Həmçinin 28 May Respublika Günü münasibətilə tədbirin təşkil olunduğu J.W. Marriott Mehmanxanasına çox sayda müxtəlif qurum və şəxslər tərəfindən əklil və çiçəklər göndərilmişdir.

Tədbir Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlamışdır. Ardından açılış nitqi üçün Səfir Faiq Bağırov kürsüyə dəvət olunmuşdur. Səfir öz çıxışında, müsəlman Şərqində ilk demokratik və dünyəvi dövləti yaradan Azərbaycan xalqının mədəni səviyyəsi və dövlətçilik ənənəsinə diqqət çəkərək, xalqımızın tarix boyu öz müstəqilliyi üçün böyük bədəllər ödədiyini vurğulamışdır. Səfir həmçinin ölkəmizin hər sahədə sürətli inkişaf yolu keçməsindən əsaslar gətirərək, Bakının ilk Avropa Oyunlarını təşkil etmək hüququnu qazanmasının Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən strategiya sayəsində Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzun, ölkəmizin iqtisadi qüdrətinin göstəricisi olduğunu qeyd etmişdir.

Daha sonra söz, Türkiyə Respublikası Baş Nazirinin müavini Yalçın Akdoğana verilmişdir. Türk rəsmisi öz çıxışında Azərbaycanla Türkiyə

arasındakı əməkdaşlığın uğurla inkişaf etdiyini, TANAP başda olmaqla birlikdə həyata keçirilən qlobal layihələr sayəsində iki ölkənin dünyanın parlayan ulduzlarına çevrildiyini vurğulamışdır.

Ardından 28 May Respublika Günü münasibətilə hazırlanmış tort kəsilmiş və tədbir iştirakçılarına möhtəşəm ziyafət verilmişdir.

Qeyd etmək istərdik ki, tədbir iştirakçılarına türk dilində nəşr etdirilmiş “Heydər Əliyev” və “İlham Əliyev” kitabları ilə yanaşı “İrs-Miras” və “Diplo Atlas” jurnalları təqdim olunmuşdur. Tədbir Türkiyənin TRT HABER, TRT AVAZ telekanalları və Anadolu Agentliyi tərəfindən işıqlandırılmışdır.

11283203_784499141665201_567089853_o
11296971_784499131665202_1833946780_o
11297086_784499138331868_652736370_o
11324105_784499144998534_486640792_o
11348739_784499134998535_514142123_o

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

29 May 2015

By
@
backtotop