Azərbaycanlı dirijorun Sankt-Peterburqda konserti keçirilib

Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının böyük zalında “Musiqi Olimpi” XX Beynəlxalq Musiqi Festivalının açılışı olub. Bu münasibətlə təşkil edilən konsertdə beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev Sankt-Peterburq Dövlət Filarmonik orkestri ilə birgə çıxış edib.

Ə.Quliyev AZƏRTAC-a bildirib ki, konsertdə tanınmış gənc musiqiçilər – beynəlxalq müsabiqələr laureatları Vasilisa Berjanskaya (soprano, Rusiya), İştvan Varday (violonçel, Macarıstan) və Çi Ko Xan (Koreya Respublikası) iştirak ediblər. Konsertin proqramında N.Rimski-Korsakov və A.Petrovun orkestr üçün əsərləri ilə yanaşı, C.Verdi, Ş.Quno, K.Sen-Sans, S.Raxmaninov və F.Pulenkin instrumental nümunələri də yer alıb.

Festival 18 ölkədən 35 musiqiçini əhatə edib. Gənc ifaçılarla yanaşı, Evelin Qlenni (Şotlandiya) və Zaxar Bron kimi dünya şöhrətli musiqiçilərin çıxışı da festivalın proqramında yer alıb.

27 May 2015

By
@
backtotop